IQNA

Beynəlxalq Astronomiya Mərkəzinin ölkələrdə Fitr bayramının gününə dair proqnozu

2:53 - March 16, 2026
Xəbər sayı: 3499940
İQNA – Beynəlxalq Astronomiya Mərkəzi Şəvval ayının hilalının müşahidəsi və Fitr bayramının vaxtı ilə bağlı ehtimalları açıqlayıb.

“İQNA”-nın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, Mərkəz elan edib ki, gələn həftənin cümə axşamı – 19 mart Misirdə Mübarək Ramazan ayının son günü olacaq.

Mərkəzin məlumatına görə, bəzi ölkələr Ramazan ayını 18 fevralda başlayıblar və buna görə də 18 martda Şəvval ayının hilalını müşahidə edəcəklər. Digər bir sıra ölkələr isə oruca 19 fevralda başlayıblar və onların 19 martda hilalı görməsi ehtimal olunur.

Mərkəz bildirib: Ramazan ayını 18 fevralda başlayan ölkələr üçün bu ay 30 gün olacaq və Fitr bayramı 20 mart, cümə gününə təsadüf edəcək.

Digər əksər ölkələrdə isə Ramazan ayının 29 gün olması və Fitr bayramının yenə 20 mart, cümə günü qeyd olunması ehtimal edilir.

Mərkəz həmçinin əlavə edib: “Gələn cümə axşamı hilalın müşahidəsinin çətinliyi səbəbilə bəzi ölkələr, xüsusilə İslam dünyasının şərq və mərkəzi bölgələrində yerləşənlər, Fitr bayramını şənbə – 21 mart olaraq elan edə bilərlər”.

4339755    

captcha