“İQNA”-nın “Şuruq Nyuz”-a istinadən verdiyi məlumata görə, İsgəndəriyyə Kitabxanasının Əlyazmalar Mərkəzi Mahmud Salim əş-Şeyxin qələmə aldığı “Florensiya kitabxanalarındakı qiymətli Qurani-Kərim əlyazmaları” adlı kitabı çapdan çıxarıb.
Bu kitab, Florensiyanın qədim kitabxanalarında mövcud olan Qurani-Kərim əlyazmalarını təqdim edir. Eyni zamanda əsərin bir hissəsi müxtəlif əsrlərə və bölgələrə aid olan, fərqli xətt üslubları və bəzək sənəti ilə yazılmış dəyərli Qurani-Kərim nüsxələrinin tanıdılmasına həsr olunub.
Florensiyadakı Lornsi Kitabxanasının sabiq direktoru Anna Rita Fantoni kitabın müqəddiməsində yazır ki, bu kataloq Florensiya şəhərindəki Qurani-Kərim əlyazmalarının qeydiyyatı və sənədləşdirilməsi baxımından mühüm bir əsərdir və indiyədək bu mövzuda geniş bir araşdırma aparılmamışdı.
Kitab 340 səhifədən ibarətdir və üç kitabxanada saxlanılan 67 Qurani-Kərim əlyazmasını təqdim edir: Mərkəzi Milli Kitabxanadan 6 nüsxə, Rikardiani Kitabxanasından 9 nüsxə və Lornsi Kitabxanasından 52 nüsxə.
Müəllif kitabın müqəddiməsində bu üç kitabxanada mövcud olan Şərq dillərində yazılmış 1900 əlyazma haqqında da məlumat verir.
4340730