
Bismillahir-Rahmənir-Rahim
Dünyanın hər yerində olan Quran qariləri və hafizlərinə!
«Rəhimli Rəbbdən bir salamdır»
Biz – İran İslam Respublikasının müəllim və qariləri – bu məktubu İslam ümmətinin Quran elitasına narahatlıq və qayğı ilə yazırıq. Çünki bu gün İran İslam Respublikası zalımlar və dünya şeytanları ilə mübarizənin ön cəbhəsində dayanmışdır. Yəməndən Qəzzəyə, Livandan İraqa qədər müqavimət hərəkatları bu yolda onunla birgədir və istibdada qarşı dayanmışlar.
Bizim Qurana bağlılıq və zamanın fironlarına boyun əyməməkdən başqa günahımız nədir?
«De: Ey kitab əhli! Siz bizdə hansı günahı görürsünüz ki, biz Allaha, bizə nazil olana, bizdən əvvəl nazil edilənə iman gətirmişik, halbuki çoxunuz fasiqsiniz?» (Maidə 59)
Məgər Quran əhli, ilahi kəlamın təlimlərinə tabe olaraq, küfr cəbhəsinin tərəfdarlarını və yardımçılarını İslam düşmənləri ilə əməkdaşlıqdan çəkindirməməlidirmi?
Səmavi kitabın qariləri və müəllimlərinin azğınlıq və təkəbbürə qarşı fəryad etməkdə məsuliyyəti başqalarından daha çoxdur. Necə ki, Allah-Təala rəbbani insanları belə tanıdır:
«Lakin siz kitabı öyrətdiyiniz və oxuduğunuz üçün rəbbanilər olun» (Ali-İmran 79)
Bu gün Quran bizi məsuliyyətə və hərəkətə çağırır. Əgər sərt döyüş meydanında iştirak etmək imkanımız və ixtisasımız yoxdursa, yumşaq mübarizə meydanı bizim rolumuzu tələb edir.
Şübhəsiz ki, siz bu mübarizədə haqq tərəfin kim olduğunu bilirsiniz. Bilirik ki, az sayda zalımın dünya xalqlarına etdiyi zülm qəlbinizi qan edir.
«Niyə Allah yolunda və zülmə məruz qalmış kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? Onlar deyirlər: Ey Rəbbimiz! Bizi bu zalım xalqın yaşadığı şəhərdən çıxar və bizə Öz tərəfindən bir himayəçi və yardımçı göndər» (Nisa 75).
İslam ümmətinin Quran alimləri və ilahi kəlamla ünsiyyətdə olanlar olaraq, müsəlman xalqları haqqın köməyinə çağırmaq bizim borcumuzdur. Bu dəfə Quranın səsini yalnız tilavətlə deyil, əməl və Amerika–sionist düşməninə qarşı sükutu pozmaqla hamıya çatdırmalıyıq:
«Yalnız iman gətirənlər, saleh əməl edənlər, Allahı çox zikr edənlər və zülmə məruz qaldıqdan sonra haqqını alanlar istisnadır. Zülm edənlər isə tezliklə necə bir aqibətə düçar olacaqlarını biləcəklər» (Şüəra 227).
Sonda, İmam Hüseyn ibn Əlinin (ə) alimlərə və Quran əhlinə etdiyi xütbədən bir neçə hissəni xatırladırıq:
Ey insanlar! Allahın öz dostlarına verdiyi nəsihətlərdən və alimlərə etdiyi məzəmmətdən ibrət alın. O buyurur: «Nə üçün rəbbanilər və alimlər onları günah etməkdən çəkindirmirdilər?» … Allah onları buna görə qınadı ki, zalımların içində gördükləri pislik və fəsadı dayandırmırdılar; çünki onlardan əldə edəcəkləri mənfəətə tamah edir və onlardan qorxurdular…
Siz isə, ey alimlər dəstəsi! Elm ilə tanınmış, xeyirlə yad edilən, nəsihət etməklə məşhur olan və insanların qəlbində hörmət sahibi olan kimsələrsiniz. Şərəflilər sizdən çəkinir, zəiflər sizi ucaldır, sizə heç bir borcu olmayanlar belə sizə ehtiram göstərir… Bütün bunları Allahın haqqını qoruyacağınıza ümid edildiyi üçün qazanmamısınızmı?
Siz insanların ən çox zərər görənisiniz; çünki alimlərin məqamı əlinizdən alınmışdır. Bu isə yalnız haqqdan ayrılmağınız və aydın dəlildən sonra sünnədə ixtilafa düşməyiniz səbəbilədir. Əgər əziyyətə səbir etsəydiniz və Allah yolunda çətinliklərə dözsəydiniz, Allahın işləri sizin əlinizlə həyata keçər, sizdən çıxar və sizə qayıdardı…
Allah bizim aramızda hökm verən və ixtilaflarımızı həll edən həkimdir.
Ey Allah! Sən bilirsən ki, bizim etdiklərimiz nə hakimiyyət uğrunda rəqabət, nə də dünya malına tamah idi; əksinə, Sənin dininin nişanələrini aşkar etmək üçün idi…
Bu məktubu yazan bəzi qarilərin adları:
-Abbas Səlimi
- Şəhriyar Pərhizkar
- Əhməd Əbülqasimi
- Kərim Mənsuri
- Haşim Roğəni
- Məhəmmədhüseyn Səbzəli
- Abbas İmamcümə
- Məhəmmədhüseyn Səidian
- Məhəmməd Hacı Əbülqasim
- Məhəmməd Cavad Pənahi
- Həsən Rzaian
- Mahmud Lütfi Nia
- Əli Səyyah Gürci
- Məhəmmədrza Purzərgəri
- Qasim Rəzii
- Əliəkbər Məlikşahi
- Mehdi Qərəşeyxlu
- Mənsur Qəsrizadə
- Həsən Rəbiian
- Saleh Ətəhəri Fərd
- Məsud Səyyah Gürci
- Rəhim Xaki
- Hüseyn Rüstəmi
- Əmin Puya
- Həmid Şakernejad
- Həmidrza Əhmədi Vəfa
- Qasım Müqəddəmi
- Cəfər Fərdi
- Seyid Kərim Musəvi
- Rza Məhəmmədpur
- Seyid Cavad Hüseyni
- Səid Pərvizi
- Vahid Nəzərian
- Kərim Dövləti
- Məsud Nikdəsti
- Məhəmməd Cavad Kaşifi
- Həmidrəza Müqəddəsi
- Vahid Vəkili
- Mehdi Qulamnejad
- Seyid Müstafa Hüseyni
- Məhəmmədmehdi Bəhrülülum
- Hamed Vəlizadə
- Seyid Məhəmməd Hüseynipur
- Abbas Haşimi
- Hadi Esfidani
- və s.