IQNA

Kəşfiyyat nazirinin şəhadətindən sonra Ali Rəhbərin Prezidentə mesajı

6:09 - March 21, 2026
Xəbər sayı: 3499967
İQNA – İslam İnqilabının Ali Rəhbəri, Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei, kəşfiyyat naziri Höccətül‑İslam Seyid İsmayıl Xətibin şəhadəti münasibətilə Prezidentə başsağlığı mesajı göndərib.

“İQNA”-nın məlumatına görə, Ayətullahul‑uzma Xameneinin əsərlərinin qorunması və nəşri ofisinin informasiya portalının yaydığı Ali Rəhbərin mesajının mətni belədir:

Bismillahir‑rəhmanir‑rəhim

Hörmətli Prezident, 

Cənab Pezəşkian — daim Allahın himayəsində olsun və izzəti artsın.

Salamdan sonra bildirirəm ki, zəhmətkeş və fədakar kəşfiyyat naziri, uzun illər xidmət etmiş adsız qəhrəman, Höccətül‑İslam Seyid İsmayıl Xətibin — Allahın rəhməti onun üzərinə olsun — şəhadətini sizə, hörmətli hökumət heyətinə, Kəşfiyyat Nazirliyindəki həmkarlarınıza və xüsusilə də o böyük şəxsiyyətin ailəsinə təbrik və başdağlığı deyirəm.

Şübhəsiz ki, onun yoxluğu bu həssas nazirlikdə digər məsul şəxslərin və əməkdaşların daha artıq səyi ilə kompensasiya edilməlidir. Daxili və xarici düşmənlərdən təhlükəsizlik alınmalı və bütün həmvətənlərə əmin‑amanlıq bəxş edilməlidir. Uca Allahdan Sizə və digər həmkarlarınıza davamlılıq, o əziz şəhid üçün isə uca məqam diləyirəm.

Seyid Müctəba Hüseyni Xamenei

4342032

captcha