IQNA

Ərəb Liqasının müsəlmanlara qarşı artan nifrətə reaksiyası

20:13 - March 23, 2026
Xəbər sayı: 3499986
İQNA – Ərəb Liqası dinlər və mədəniyyətlər arasında uçurumun dərinləşməsinin qarşısını almaq üçün müsəlmanlara qarşı artan nifrət və ayrı-seçkiliklə mübarizəyə dair beynəlxalq səylərin gücləndirilməsini tələb edib.

“İQNA”-nın “SabaNet” agentliyinə istinadən verdiyi xəbərə görə, Ərəb Liqası İslamofobiya ilə Mübarizə üzrə Beynəlxalq Gün münasibətilə yaydığı bəyanatda bildirib ki, BMT Baş Assambleyası tərəfindən 2022-ci ildə təsis edilmiş bu günün qeyd olunması din və etiqad əsasında bütün növ nifrət nitqi və ayrı-seçkiliyin, xüsusilə də müsəlmanlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasının vacibliyini xatırladır.

Bəyanatda qeyd olunur ki, bu gün beynəlxalq ictimaiyyət üçün tolerantlıq və qarşılıqlı hörmət dəyərlərinə sadiqliyi yeniləmək, mədəniyyətlər və dinlər arasında dialoqu təşviq etmək və müsəlmanların dünyada stereotiplər və nifrət nitqi səbəbilə üzləşdiyi çətinlikləri vurğulamaq üçün bir fürsətdir.

Ərəb Liqası müsəlmanlara qarşı nifrət və ayrı-seçkiliyin narahatedici şəkildə artmasından dərin narahatlığını ifadə edib və bildirib ki, qlobal böhranlar və münaqişələr bu tendensiyanı daha da gücləndirib.

Təşkilat həmçinin dini nifrət nitqinin bütün formalarına, etiqadlara hücumlara və dinlərin obrazını təhrif edən və ya din və etiqad əsasında insanlara qarşı ayrı-seçkilik yaradan hər cür davranışa qarşı mübarizənin vacibliyini vurğulayıb. Qeyd olunub ki, İslam dini sülh, ədalət və dözümlülük dəyərlərinə çağırır və təhsil ilə maarifləndirmə İslam və müsəlmanlara qarşı mənfi stereotiplərlə mübarizənin əsas sütunlarıdır.

4341295  

captcha