“İQNA”-nın “Russia Today”-ə istinadən verdiyi xəbərə görə, minlərlə İngiltərə sakini dünən ABŞ və sionist rejimin İran İslam Respublikasına qarşı müharibə siyasətlərinə etiraz olaraq nümayiş keçirib.
Aksiya iştirakçıları ABŞ–sionist birgə hücumunu pisləyən şüarlar səsləndirib və İran bayraqlarını dalğalandırıblar.
Onlar həmçinin bəzi rejimlərin hərbi-nüvə fəaliyyətlərinə qarşı beynəlxalq ictimaiyyətin ikili standartlarını, İranın dinc nüvə proqramına qarşı isə sərt təzyiqləri tənqid edərək “Nüvə siyasətindəki riyakarlığa son verin” şüarını səsləndiriblər.
ABŞ və sionist rejimin İran İslam Respublikasına qarşı birgə hərbi təcavüzü 1404-cü ilin 9 əsfənd tarixində başlayıb və bunun nəticəsində İslam İnqilabının böyük rəhbəri, Həzrət Ayətullah Seyid Əli Xamenei (qəddəsəllahu nəfsəhuz-zəkiyyə) şəhid olub.
İran İslam Respublikası isə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq və qarşı tərəfi çəkindirmək məqsədilə təcavüzkarların hərbi mövqelərinə qəti və hədəfli cavab verib və xəbərdarlıq edib ki, təcavüz davam edərsə, cavab daha sərt olacaq.
4342455