IQNA

Papa: Sülh üçün danışıqlar yolu ilə çalışılmalıdır

10:23 - March 28, 2026
Xəbər sayı: 3500018
İQNA – Dünyanın katolik lideri, İrana qarşı işğalçı müharibəyə son qoyulması üçün atəşkəs tələbinə təkrarlayaraq, sülhün yalnız silah deyil, danışıqlar yolu ilə təmin edilməli olduğunu vurğuladı.

“İQNA”, “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, ilk amerikalı papa olan Papa Leo XIV, “nifrətin artması və zorakılığın şiddətlənməsini” tənqid etdi.

O, bildirdi: “Atəşkəs tələbini təkrarlayıram. Sülh üçün çalışaq, amma silahlarla yox, danışıqlar vasitəsilə; hamımız dürüstcə hər kəs üçün bir həll yoluna çatmağa çalışmalıyıq”.

Papa Leo, “bir milyondan çox qaçqının olduğunu və çox sayda insanın həyatını itirdiyini” qeyd edərək əlavə etdi: “Bütün rəsmi şəxsləri, dürüstcə danışıqlar yolu ilə problemləri həll etməyə çağırıram”.

Dünyanın katolik lideri, bazar günü Şərqi Yaxın Şərqdəki işğalçı müharibəni “bütün insanlıq ailəsi üçün biabırçılıq” olaraq adlandırdı və indi atəşkəsin dərhal həyata keçirilməsi üçün öz tələblərini təkrarladı.

O, dəqiq şəkildə vurğuladı: “Biz çox sayda insanın çəkdiyi əzab qarşısında susa bilmərik. Onların çəkdiyi ağrılar bütün bəşəriyyətə zərər verir”.

Xatırladaq ki, ABŞ və Sionist rejiminin İran üzərinə işğalı 28 fevralda başlayıb və hələ də davam edir.

4342699

Teqlər: papa ، sülh ، katolik ، müharibə
captcha