IQNA

İranın mülki infrastrukturuna hücumla bağlı BMT Təhlükəsizlik Şurasının iclası

11:38 - March 28, 2026
Xəbər sayı: 3500022
İQNA – BMT Təhlükəsizlik Şurası bu gün, cümə – 7 Fərvərdin (27 mart) tarixində, İranın mülki infrastrukturlarına, o cümlədən Minab məktəbinə edilən hücumla bağlı qapalı iclas keçirəcək.

“İQNA”-nın “Sputnik”ə istinadən verdiyi xəbərə görə, BMT Təhlükəsizlik Şurası bu gün yerli vaxtla ABŞ və İsrailin İranın mülki obyektlərinə, o cümlədən Minab məktəbinə hücumları barədə qapalı məsləhətləşmə iclası təşkil edəcək.

Rusiya Federasiyasının BMT-dəki nümayəndəliyi cümə gecəsi İran əleyhinə aparılan məcburi müharibə ilə bağlı Təhlükəsizlik Şurasının qapalı məsləhətləşmələr keçirməsini tələb edib.

Rusiya nümayəndəliyi bildirib: “Rusiya Federasiyası İranın mülki infrastrukturlarına, o cümlədən təhsil və səhiyyə mərkəzlərinə qarşı davam edən hücumlarla bağlı BMT Təhlükəsizlik Şurası ilə qapalı məsləhətləşmə keçirilməsi üçün müraciət edib. ABŞ isə Şuraya sədrlik edən ölkə kimi bu iclası 27 mart tarixində, Nyu-York vaxtı ilə səhər saat 10-a təyin edib.”

ABŞ və İsrail rejiminin İran İslam Respublikasına qarşı birgə hərbi təcavüzü 1404-cü ilin 9 isfənd tarixində başlayıb və bu hücum nəticəsində İslam İnqilabının böyük rəhbəri Ayətullah Seyid Əli Xamenei şəhid olub.

İran İslam Respublikası isə BMT Nizamnaməsinin 51-ci maddəsi çərçivəsində və qarşı tərəfi çəkindirmək məqsədilə təcavüzkarların hərbi mövqelərinə qarşı qəti və hədəfli cavab əməliyyatı həyata keçirib və xəbərdarlıq edib ki, təcavüzün davamı daha sərt cavabla qarşılanacaq.

4342969 

captcha