IQNA

Əhməd Nüəynə: Tibb sahəsinin çətinliyi məni Qurani-Kərim tilavətindən uzaqlaşdıra bilmədi

15:05 - March 31, 2026
Xəbər sayı: 3500042
İQNA – Misirli qarinin sözlərinə görə, həkimlik peşəsinin çətinlikləri heç vaxt onu Qurani-Kərim tilavətindən saxlamayıb.

“İQNA”-nın “əl-Həyəə əl-Vətəniyyə lil-Əlam”a istinadən verdiyi xəbərə görə, məşhur misirli qari, doktor Əhməd Nüəynə “Etiraf Muəccəl” proqramına verdiyi müsahibədə bildirib ki, istedadlı və seçilmiş qarilərin kəşfi üçün dövlətin həyata keçirdiyi tilavət proqramı böyük uğur qazanıb və çoxlu sürprizlər ortaya çıxarıb.

O deyib ki, bu qarilərin bəzilərini əvvəldən tanıyırmış və ümid edir ki, ölkənin Quran radiosu onlara etimad göstərərək səslərini hər yerdə xalqa çatdıracaq.

Nüəynə vurğulayıb: “Tibb sahəsinin çətinliyi heç vaxt məni Quran oxumaqdan uzaqlaşdıra bilməyib. Bunun sirri nizam-intizam, düzgün planlaşdırma və vaxtın idarə olunmasındadır.” O əlavə edib ki, səhərdən günortadan sonra saat dördə qədər həkimliklə məşğul olur, daha sonra isə adətən axşam və gecə keçirilən Quran tilavəti proqramlarına qatılır.

O davam edib: “Quran tilavətini uşaqlıqdan Ümmüs-Səd adlı bir xanımdan öyrənmişəm. Səhər namazından sonra bir saat onun yanına gedib tilavət dərsləri alırdım. Məktəb təhsilimi bitirdikdən sonra tibb fakültəsinə daxil oldum və həmin vaxt artıq Qurani-Kərimi tam əzbər bilirdim.”

Sonda o arzu edib ki, insanlar Qədr gecələrindən ən yaxşı şəkildə bəhrələnsinlər və Ramazan ayının bütün İslam ümməti üçün xeyir və bərəkət gətirməsini diləyib.

4341910

captcha