IQNA

İslam İnqilabının Ali Rəhbərinin dəniz generalı Əlirza Tənqsirinin şəhadəti münasibətilə mesajı

17:00 - March 31, 2026
Xəbər sayı: 3500047
İQNA – İslam İnqilabının Ali Rəhbəri Sepahın Dəniz Qüvvələrinin komandanının şəhadəti münasibətilə başsağlığı verib.

“İQNA”-nın xəbərinə görə, İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Muctəba Hüseyni Xamenei dəniz generalı Əlirza Tənqsirinin şəhadəti münasibətilə bir mesaj yayıb.

Mesajın mətni belədir:

Bismillahir-rəhmanir-rəhim

وَلا تَحسَبَنَّ الَّذینَ قُتِلوا فی سَبیلِ اللهِ أَمواتاً بَل أَحیاءٌ عِندَ رَبِّهِم یُرزَقون

Sepahın Dəniz Qüvvələrinin qeyrətli və cəsur komandanı, dəniz generalı Əlirza Tənqsiri illərlə davam edən mücahidədən sonra şəhadət məqamı ilə müşərraf oldu.

O igid Tənqəstan övladının, İranın əsgərinin və İslamın pasdarının üçüncü təcavüzkar müharibə qəhrəmanlığında şəhadəti — daim İranın müstəqilliyini və xüsusilə Fars körfəzi də daxil olmaqla dəniz sərhədlərini qoruyan bu qəhrəman Büşəhr xalqı, cənub bölgəsinin gəncləri, İran İslam Respublikasının Silahlı Qüvvələri və bütün İran xalqı üçün böyük bir fəxarət sənədidir. Bu yol, inşallah, İranın dəniz qüdrəti və müqavimətinin əvvəlkindən daha güclü və möhkəm şəkildə davam etməsinə səbəb olacaq.

Mən bu igid komandanın şəhadətini onun əziz ailəsinə, silahdaşlarına, Dəniz Qüvvələrinin komandanlarına və İran İslam İnqilabı Keşikçiləri Korpusuna təbrik və təsəlli edir, Uca Allahdan o şəhid üçün uca dərəcələr diləyirəm.

Seyid Muctəba Hüseyni Xamenei  

10 / Fərvərdin / 1405

4343485

captcha