“İQNA”‑nın İraqın rəsmi xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Hörmüz boğazındakı böhran beynəlxalq qurumları və dünya güclərini təcili qərarlar qəbul etməyə sövq edib.
Amerika mediasının məlumatına əsasən, BMT Təhlükəsizlik Şurası Hörmüz boğazındakı böhranın müxtəlif tərəflərini və onun qlobal nəticələrini araşdırmaq üçün qapalı məsləhətləşmə iclası keçirməyə qərar verib.
Bu iclas elə bir vaxtda keçirilir ki, enerji üçün həyati əhəmiyyət daşıyan bu dəniz yolunun yenidən açılması ilə bağlı təzyiqlər ən yüksək həddə çatıb.
Bloomberg xəbər agentliyi bildirib ki, ABŞ‑ın müttəfiqləri də İran əleyhinə “iqtisadi cavab tədbirləri” paketini qiymətləndirir və hazırlayırlar.
Məlumata görə, əgər Hörmüz boğazının bağlanması davam edərsə, bu ölkələr daha sərt maliyyə təzyiqlərinə yönələcəklər.
Bu çərçivədə, Britaniyanın xarici işlər naziri videokonfrans formatında təcili virtual iclasa ev sahibliyi edəcək.
İclasın əsas mövzuları böhranın həlli üçün diplomatik yolların araşdırılması və Tehranla birbaşa əlaqə kanallarına malik ölkələr arasında koordinasiyanın təmin edilməsidir.
4343980