IQNA

Qardıan yazdı:

İran “müqavilə sənəti”nin qalibi

12:17 - April 05, 2026
Xəbər sayı: 3500082
İQNA – Britaniyanın The Guardian qəzetində ABŞ‑lı tanınmış yazar və analitik, keçmiş prezident Bill Klintonun müşaviri Sidni Blumentalın qələmə aldığı analitik məqalədə Donald Tramp administrasiyasının İranla bağlı strateji dalana dirənməsi təhlil edilib.

“İQNA”‑nın “The Guardian”‑a istinadən verdiyi xəbərə görə, Sidni Blumental “İran; müqavilə sənətinin qalibi” adlı məqaləsində yazır:

Ağ Evin “qısamüddətli əməliyyat” adlandırdığı şey indi ABŞ hökumətinin özünü girov götürən tammiqyaslı böhrana çevrilib. Məqalənin əsas məqamları belədir:

1. Öz yaratdığı böhranın girovu

Blumental vurğulayır ki, Tramp administrasiyası indi özünün yaratdığı böhranın içindədir. Qısamüddətli olmalı olan əməliyyat indi ABŞ‑ın özünü çıxış yolu olmayan vəziyyətə salıb.

2. “Müqavilə sənəti”nin əsl qalibi

Blumental Trampın məşhur kitabına işarə edərək yazır ki, bu dəfə “müqavilə sənəti”ni icra edən tərəf İran olub.

Tramp 16 esfənddə İranın “qeydsiz‑şərtsiz təslim olmasını” tələb etmişdi, lakin cəmi iki həftə sonra ağ bayraq qaldırdı. İran Hörmüz boğazına nəzarət və bir neçə PUA əməliyyatı ilə Trampı 1995‑ci il neft sanksiyalarını ləğv etməyə məcbur etdi. Daha sonra 6 fərvərdində İran Trampa səkkiz neft tankerinin keçidinə icazə verdi.

3. Ağ Evin “Kasteri”

Blumental Trampı 1876‑cı ildə Qırmızıdərililərin gücünü kiçik hesab edərək Little Bighorn düzündə tamamilə mühasirəyə düşüb məhv olan general Kasterə bənzədir. Tramp da yanlış hesablamalarla özünü geri dönüşü olmayan vəziyyətə salıb.

4. “Tac Mahal” böhranının təkrarı – bu dəfə xilasedici yoxdur

Blumental Trampın durumunu 1990‑cı ildə Atlantik Sitidəki “Tac Mahal” kazino böhranına bənzədir. O zaman Trampın atası Fred Tramp gizlicə 3.35 milyon dollarlıq qumar fişi alaraq oğlunu xilas etmişdi. Bu əməl bir il sonra qanunsuz elan edildi. Blumental yazır ki, bu dəfə Trampı bu çıxılmaz vəziyyətdən xilas edəcək heç kim yoxdur.

5. Hədəflər puça çıxıb

Nə rejim dəyişikliyi baş verib, nə xalq üsyanı olub, nə də neft resurslarına çıxış əldə edilib. İran rəhbərliyinə qarşı “baş kəsmə” taktikası da nəticə verməyib və İran siyasi sistemini sarsıda bilməyib.

6. “Dəli nəzəriyyəsi”nin cahilcə tətbiqi

Trampın davranışı Niksonun “dəli nəzəriyyəsi”ni xatırladır, lakin arxasında heç bir nəzəri düşüncə yoxdur. Nikson bu taktikadan Şimali Vyetnamı qorxutmaq üçün düşünülmüş şəkildə istifadə etmişdi, Tramp isə düşüncəsiz, impulsiv və nəticələri vecinə almayan şəkildə hərəkət edir.

7. Nəticə

Blumentalın qənaətinə görə, İran Hörmüz boğazını öz əlində saxlayaraq əsas üstünlüyü əldə edib. Tramp isə “məhv etmək” hədələrini (azı altı dəfə təkrarlayıb) və qəfil sülh çağırışlarını bir‑birinə qarışdıraraq çıxılmaz vəziyyətdə qalıb. Bu dəfə onu öz yaratdığı böhrandan xilas edəcək heç kim yoxdur.

4343887 

Teqlər: iran ، amerika ، müharibə ، böhran
captcha