“İQNA”-nın məlumatına görə, Məşari əl-Əfasi Tramp və İsrailin İrana hücumunu dəstəkləyib və bu addım dünyanın ən məşhur Quran saytının onun tilavətini “defolt qari” siyahısından çıxarmasına səbəb olub. Bu qərar dünya müsəlmanları tərəfindən böyük rəğbətlə qarşılanıb.
Əl-Əfasi ABŞ-ın mövqeyini təkrarlayaraq və Amerika–İsrail müharibəsini müdafiə edərək sosial şəbəkələrdən birində yazıb: “Tramp İranın üzünə cəhənnəm qapılarını açır.”
Bu mövqe səbəbilə dünyanın ən populyar Quran saytında onun tilavətləri artıq əsas qari kimi göstərilmir.
Əl‑Əfasi daha əvvəl də pilot geyimində Yəmənə qarşı hücumlarda Səudiyyə–BƏƏ koalisiyasına həmrəylik nümayiş etdirmişdi. Lakin bu dəfə Tramp və sionist rejimin İrana qarşı hücumunu dəstəkləməsi müsəlmanların qəzəb selinə səbəb olub.
Əl‑Əfasinin səsi hələ də Quran.com saytının arxivində mövcuddur, lakin ayələrin tilavəti üçün qari seçərkən onun adı artıq defolt siyahıda görünmür. İraqdan olan bir istifadəçi bu addımı dəstəkləyərək yazıb: “Zalımı dəstəkləmək qırmızı xətdir, istərsə dünyanın ən gözəl səsli qarisi olsun.”
İraq ruhani alimi Şeyx Əzhər Nasir yazıb: “Bu, sənəd və sübutdur ki, dünya miqyasında məşhur Quran qarisi ola bilərsən, amma eyni zamanda çox pis bir insan da ola bilərsən.”
Müsəlman istifadəçi Son Gilbert yazıb: “Rəvayətdə Peyğəmbər (s) buyurub: Ümmətimdən bir qövm çıxacaq ki, Quranı çox gözəl oxuyacaqlar, lakin o, boğazlarından aşağı keçməyəcək. Onlar hədəfdən çıxan ox kimi dindən çıxacaqlar və bir daha qayıtmayacaqlar. Onlar Allahın yaratdıqlarının ən pisləridir.”
Sosial şəbəkə istifadəçisi Yemina Səid yazıb: “Quran oxumaq və ona əməl etmək iki ayrı şeydir. Bu insanlar müsəlman deyillər.”
Hindistanlı istifadəçi Sadaf Afrin Salf yazıb: “Tövratın daşıyıcısı olub ona əməl etməyənlərin məsəli, kitab daşıyan eşşəyə bənzəyir.”
Digər hindistanlı istifadəçi İrfan Rao isə qeyd edib: “Unutmayın ki, Peyğəmbər (s) xavaric haqqında buyurub ki, onlar Quranı çox gözəl səslə oxuyacaqlar.”
4344074