IQNA

Əl-Baradeydən xəbərdarlıq: “Dəli Trampı dayandırın”

20:18 - April 08, 2026
Xəbər sayı: 3500103
İQNA – Beynəlxalq Atom Enerjisi Agentliyinin sabiq rəhbəri sosial şəbəkə “X”də yazdığı mesajda bildirib: “Zəhmət olmasa, bu dəli regionu od-alova çevirməzdən əvvəl əlinizdən nə gəlirsə edin.”

“İQNA”-nın “Middle East”-ə istinadən verdiyi xəbərə görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin sabiq rəhbəri Məhəmməd əl-Baradeyi gərginliyin artması ilə bağlı xəbərdarlıq edərək, Fars körfəzi ölkələrini və BMT-ni “dəli Trampı” dayandırmağa çağırıb.

Məhəmməd əl-Baradeyi “X”də yazdığı mesajda qeyd edib: “Zəhmət olmasa, bu dəli regionu od içində bir torpağa çevirməzdən əvvəl əlinizdən gələn hər şeyi edin.”

O, BMT-yə ünvanladığı ayrıca mesajda soruşub: “Bu dəliliyi dayandırmaq üçün heç bir şey etmək mümkün deyilmi?”

Əl-Baradeyi bundan əvvəl də Donald Trampın İrana qarşı “seçim müharibəsi”nin dəhşətli nəticələri barədə xəbərdarlıq etmiş və bildirmişdi ki, Vaşinqton İran tərəfindən yaxın təhlükə olduğuna dair “heç bir sübut” təqdim etməyib.

4344531  

captcha