“İQNA”-nın məlumatına görə, Seyyidüş-Şühəda Kətayibinin baş katibi Əbu Əla əl-Vəlai, müqavimət cəbhəsinin əməliyyat otağının işğalçı sionistlərə cavab verməli olduğunu söylədi.
O, əlavə etdi ki, müqavimət cəbhəsinin əməliyyat otağındakı mücahid qardaşlar, atəşkəsi pozan və Livandakı günahsız, müdafiəsiz insanları şəhid edən işğalçı rejimə cavab verməlidirlər.
Seyyidüş-Şühəda Kətayibinin baş katibi vurğuladı ki, bu sionist rejimi, müqavimət cəbhəsinin bütün qüvvələri tərəfindən vahid və sərt bir cavabla öz hərəkətlərinin qarşılığını almalıdır.
O, dedi: "Biz qeyd edirik ki, müqavimət cəbhəsinin bu sionist təcavüzlərinə, Livan xalqına qarşı həyata keçirilən aldadıcı hücumlara cavab vermək üçün vacib vasitələri vardır."
Əbu Əla əl-Vəlai, İsraillə və İsrailin maraqları olan, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə döyüşün davam etdirilməsinə diqqət çəkdi.
Qeyd edək ki, İsrail rejimi bir neçə saat əvvəl Livana qarşı amansız hücum etdi və yüzlərlə insanı öldürdü.
4345310