IQNA

İslam Əməkdaşlıq Təşkilatı, sionist Nazirin Məscidül-Əqsaya Hücumunu Qınadı

2:07 - April 10, 2026
Xəbər sayı: 3500117
İQNA – İslam Əməkdaşlıq Təşkilatı, sionist rejimin daxili təhlükəsizlik naziri Itamar Ben-Gvirin Məscidül-Əqsaya hücumunu və bu müqəddəs məkanın işğalçılar tərəfindən təhqir edilməsini qınadı.

“İQNA”-nın “SANA”-ya istinadən verdiyi xəbərə görə, İslam Əməkdaşlıq Təşkilatının katibliyi, sionist işğalçı rejiminin ordu qüvvələrinin qoruması altında Itamar Ben-Gvirin Məscidül-Əqsa həyətinə etdiyi hücumu və onun təhqir edilməsini pislədi.

Təşkilatın katibliyi, fələstinli jurnalist Vəfa tərəfindən yayımlanan bəyanatında, Məscidin bağlanmasının müqəddəs yerlərə və ibadət azadlığına təkrar təhqir və Sionist rejiminin Cenevrə sazişləri və beynəlxalq hüququ açıq şəkildə pozması kimi dəyərləndirildiyini qeyd etdi.

Bu təşkilat, işğalçıları Qüds şəhəri və onun sakinləri və müqəddəs yerləri üzərində bu cür gündəlik hücumların bütün nəticələrinə cavabdeh hesab edir və beynəlxalq icmanı, İsrailin bu pozuntularını sona çatdırmaq və regionda "dini münaqişə" və qeyri-sabitlik yaratma ehtimalını aradan qaldırmaq üçün öz öhdəliklərini yerinə yetirməyə çağırdı.

Ben-Gvir bazar ertəsi gecəsi, işğalçı qüvvələrin ciddi mühafizəsi altında Məscidüləqsaya hücum etdi, halbuki İsrail rəsmiləri 39 gündür ki, bu məscidi bağlayıb və ibadətçilərin oraya daxil olmasına mane olurlar.

4345211

captcha