“İQNA”-nın “Əl‑Cəzirə”yə istinadən verdiyi xəbərə görə, Netanyahu iddia edib ki, bu qərar İspaniyanın dəfələrlə İsrailə qarşı addımlar atmasından sonra verilib.
O, İspaniyaya qarşı qəzəbini ifadə edərək iddia edib: “İspaniya İsrail hərbçilərinin imicinə zərər vurub.”
Netanyahu deyib: “Terror rejimlərinə hücum etmək əvəzinə İsrailə hücum edənlər bölgənin gələcəyini qurmaq üçün bizim tərəfdaşımız ola bilməz.”
İspaniyanın sionist aparteid rejimi ilə bağlı prinsipial mövqeyi və Binyamin Netanyahunun müharibə siyasətinə qarşı çıxması Təl-Əvivin qəzəbinə səbəb olub.
Bundan əvvəl, çərşənbə günü, İspaniyanın baş naziri Pedro Sançes sionist rejimin Livana qarşı ölümcül hücumlarından sonra bildirmişdi ki, Beyrut da atəşkəs razılaşmasına daxil edilməli və beynəlxalq ictimaiyyət sionistlərin “cinayətkarca” addımlarını qınamalıdır.
Sançes sosial şəbəkə “X”də yazmışdı: “İsrailin baş naziri Binyamin Netanyahu bu gün Livana hücumların başlanmasından bəri ən ağır zərbəni endirib. Onun insan həyatına və beynəlxalq hüquqa hörmətsizliyi dözülməzdir.”
İspaniyanın baş naziri əlavə etmişdi: “Artıq açıq danışmağın vaxtıdır. Livan atəşkəs razılaşmasına daxil edilməlidir. Beynəlxalq ictimaiyyət beynəlxalq hüququn bu yeni pozuntusunu qınamalıdır.”
O yazmışdı: “Avropa İttifaqı İsraillə əməkdaşlıq sazişini dayandırmalıdır. Bu cinayətkar addımlar barədə heç bir toxunulmazlıq olmamalıdır.”
4345670