“İQNA”-nın məlumatına görə, Həzrət Ayətullahül-uzma Xameneinin əsərlərinin qorunması və nəşri ofisinin rəsmi saytında yayımlanan Ali Rəhbərin tam mesajı belədir:
Bismillahir-rəhmanir-rəhim
Elm və mədəniyyət sahəsinin görkəmli alimi, xarici siyasət arenasının təcrübəli şəxsiyyəti cənab doktor Seyid Kamal Xərrazinin şəhadəti İran İslam Respublikasının universitet ictimaiyyəti, ustadları və siyasi məsul şəxsləri üçün bir fəxarət sənədidir və bunun qarşısında Amerika–sionist təkəbbürünün və İranın elm, mədəniyyət və sivilizasiya düşmənlərinin rəzillik və alçaqlıq sənədidir.
O, ömrünün uzun illərini müxtəlif mədəni və təbliğat sahələrində, eləcə də Xarici İşlər Nazirliyində xidmətə sərf etmiş, müasir idrak elmləri sahəsində fəaliyyət göstərməklə yanaşı, Xarici Əlaqələr üzrə Strateji Şurada da mühüm rol oynamışdır.
Mən bu fədakar şəxsiyyətin və onun əziz həyat yoldaşının şəhadətini bütün xalqımıza, universitet ictimaiyyətinə, bu alimin sevənlərinə və tələbələrinə, həmçinin Xərrazi ailəsinə, xüsusilə də Ayətullah Seyid Möhsün Xarraziyə başsağlığı verir və təbrik edir, Allah-Təaladan onlar üçün uca dərəcələr diləyirəm.
Seyid Müctəba Hüseyni Xamenei
21 / Fərvərdin / 1405