“İQNA”-nın Nücəba Hərəkatının informasiya portalına istinadən verdiyi məlumata görə, hərəkatın baş katibi Şeyx Əkrəm əl-Kəbi deyib: “Sionist düşmənin davam edən etinasızlığı, beynəlxalq razılaşmaları pozması və Livandakı qardaşlarımızı hədəf alması nəzərə alınaraq, müqavimət cəbhəsi bir daha güc dili ilə bu rejimə cavab verəcək.”
O əlavə edib: “Əhd-peyman tanımayan bu dəstələr bilməlidirlər ki, zaman dəyişib və onlar bu xəyanətlərinə görə mütləq peşman olacaqlar.”
4345879