“İQNA”, “Əl-Cəzirə”-yə istinadən xəbər verir ki, Trampın paylaşdığı şəkildə o, ağ libasda, əlindən nur saçan bir şəkildə xəstə bir kişinin alnına toxunarkən təsvir olunmuşdu; bu görüntü Məsihin (ə) şəfavermə rolunu xatırladırdı.
Şəkilin fonunda ABŞ bayrağı, Azadlıq heykəli və döyüş təyyarələri kimi simvollar görünürdü. Paylaşım 12 saatdan çox Trampın “Truth Social” hesabında qalıb, sonra silinib.
Bu paylaşım Trampın sərt açıqlamalarında Papa XIV Leo-nu cinayətlərlə mübarizədə “zəif” və xarici siyasətdə “faciəvi” adlandırmasından sonra yayımlanmışdı.
Tramp bazar ertəsi jurnalistlərlə söhbətində bildirib ki, Papanın dediklərini “səhv” hesab etdiyi üçün ondan üzr istəməyə ehtiyac görmür.
O, jurnalistlərin “Şəkli siz paylaşmısınız?” sualına cavab olaraq medianı tənqid edib və iddia edib ki, “saxta xəbərlər” ona hücum edir.
Tramp deyib: “Mən o şəkli paylaşmışam və özümü həkim kimi göstərmişəm. Çünki mən insanların vəziyyətini yaxşılaşdırıram və bunu çox etmişəm.”
O, Papanın tənqidlərinə cavab olaraq bildirib: “Üzr istəməyə heç bir səbəb yoxdur. O, səhv edir. İranla bağlı gördüyümüz işlər xoşuna gəlmədi, amma İran nüvə dövləti olmaq istəyir... Bu baş verməyəcək.”
Tramp İranla bağlı iddialarını təkrarlayaraq bildirib ki, əgər Tehran nüvə qabiliyyəti əldə etsə, “Papa nəticədən razı qalmayacaq”.
O, Ramazan ayının 40 günlük müharibəsində İranın mülki obyektlərinin hədəfə alınmasına toxunmadan, yenə də İranın nüvə silahı əldə etməsi barədə iddialarını davam etdirib və deyib: “Belə olsa, yüz milyonlarla insan öləcək və buna imkan verilməyəcək.”
Tramp həmçinin Papa XIV Leo-nu “cinayət və digər məsələlərdə çox zəif davranmaqda” ittiham edib və bildirib ki, “mən sadəcə Papanın dediklərinə cavab verirəm”.
Papa XIV Leo ABŞ və İsrailin İrana qarşı müharibəsi barədə danışan ilk amerikalı papadır və ötən həftə Trampın İran xalqına qarşı ifadələrini “həqiqətən qəbuledilməz” adlandırmışdı.
Trampın özünü Məsih obrazında göstərən şəkli paylaşması bir sıra dini və mühafizəkar şəxslərin sərt reaksiyasına səbəb olub və onlar bunu qəbuledilməz adlandırıblar.
4346332