“İQNA”, “Sharjah 24”-ə istinadən xəbər verir ki, bu iki məktəb “Tuba” və “Seqata” şəhərlərində yerli icma üçün Quranın əzbərlənməsi və Quran elmlərinin tədrisi üzrə ixtisaslaşmış təhsil mühiti yaratmaq məqsədilə açılıb.
Qasimiyyə Universitetinin rektoru Camal Salim ət-Tərifi, BƏƏ‑nin Seneqaldakı səfiri Səid Həmdan ən-Nəqbi, eləcə də bir sıra rəsmilər, dini və ictimai xadimlər açılış mərasimində iştirak ediblər. Bu layihə Qasimiya Universitetinin Afrika qitəsində həyata keçirdiyi proqramların bir hissəsidir.
Layihənin məqsədləri arasında Quran və Quran elmlərinin tədrisinə dəstək vermək, Afrika cəmiyyətlərində İslam dəyərlərini gücləndirmək də yer alır.
Bu iki Quran məktəbi yerli icmanın övladları üçün Quranı əzbərləmək və Quran elmlərini öyrənmək baxımından ixtisaslaşmış təhsil mühiti yaratmaq, Quranın təlimlərinə bağlı və onları yaxşı tanıyan bir nəslin yetişdirilməsi, həmçinin Qasimiya Universitetinin proqramlarında vurğulanan orta yolçuluq dəyərlərini möhkəmləndirmək məqsədilə açılıb.
Universitet, həmçinin bu kimi layihələr vasitəsilə məzunlarının Afrika ölkələrində nəzarət etdiyi təhsil mərkəzlərində Quran hafizliyi üzrə müəllim və nəzarətçi kimi fəaliyyət göstərməsinə imkan yaratmağa çalışır.
4346154