IQNA

Nyu-York meri: Gündə 500 milyon dollar İran və Livan xalqına qarşı cinayətlərə xərclənib

20:05 - April 19, 2026
Xəbər sayı: 3500180
İQNA – Nyu-Yorkun müsəlman meri Zəhran Məmdani ABŞ və İsrailin İran İslam Respublikasına qarşı birgə hərbi hücumuna və Livan xalqına qarşı törədilən cinayətlərə işarə edərək bildirib:

“İQNA”-nın “NPR”-ə istinadən verdiyi məlumata görə, Məmdani federal hökumətin siyasətlərini tənqid edərək deyib: “Bizə deyirlər ki, bələdiyyənin ərzaq mağazası idarə etməsi mümkün deyil, amma hər gün İran və Livan xalqını öldürmək üçün 500 milyon dollardan çox pul xərclənir.”

Məmdani müharibənin böyük maliyyə yükünə toxunaraq bildirib:

- Federal hökumət minlərlə insanın öldürülməsi üçün təxminən 30 milyard dollar xərcləyib, halbuki ölkə boyu işçi sinfi ən sadə yaşayış ehtiyaclarını belə ödəyə bilmir.

Nyu-York meri əlavə edib ki, İranla müharibə bu ölkənin iqtisadiyyatına ciddi təsir göstərib və bunun təsiri ABŞ şəhərlərinin gündəlik həyatına da sirayət edib:

- “Hər müharibənin mərkəzində qeyri-insani bir proses dayanır. Bu proses yalnız döyüş meydanında qalmır, bütün ölkənin həyatına yayılır.”

Məmdani daha əvvəl Novruz münasibətilə yayımladığı mesajda da demişdi:

- “Mən hələ də İrana qarşı müharibənin əleyhinəyəm.”

O, Novruz münasibətilə Nyu-Yorku öz evi hesab edən bütün İran əsilli amerikalıları təbrik edərək əlavə etmişdi:

- “Novruz adətən gözəl hisslərlə dolu bir zamandır, amma bu il fərqlidir. Mən bu müharibənin əleyhinəyəm və bu bayramı qeyd edən bütün iranlılara xoş anlar arzulayıram.”

Məmdani bundan əvvəl də ABŞ və İsrailin İrana qarşı hərbi hücumunu “qanunsuz və fəlakətli nəticələrə səbəb olan” bir təcavüz kimi qiymətləndirmişdi.

4347298 

Teqlər: nyu-york ، mer ، livan ، iran
captcha