“İQNA”, “Əl-Məsirə” kanalına istinadən xəbər verir ki, Yəmən Ənsarullah hərəkatının yüksək rütbəli bir rəsmisi bölgədə gərginliyin artması ehtimalına diqqət çəkərək, Babül‑Məndəb boğazının beynəlxalq gəmiçiliyə qarşı məhdudlaşdırılması və ya tam bağlanması ehtimalından danışıb.
Ənsarullah hərəkatının tanınmış simalarından olan Hüseyn əl‑İzzi xəbərdarlıq xarakterli açıqlamasında bildirib ki, Babül‑Məndəbin bağlanması Səna hökumətinin mümkün reaksiyalarından biri kimi qiymətləndirilə bilər.
Əl‑İzzi sosial şəbəkə “X”də yazıb ki, əgər Səna Babül‑Məndəbi bağlamaq qərarı versə, heç bir tərəf onu yenidən açmağa və ya oradan keçməyə qadir olmayacaq.
O bu barədə belə deyib: “Əgər Babül‑Məndəbi bağlamağa qərar versək, bütün insanlar və cinlər belə onu açmağa güc tapmayacaq.”
O, həmçinin ABŞ və beynəlxalq ictimaiyyətə müraciət edərək, Yəmən və bölgə ilə bağlı siyasətlərini dəyişməyə və “xalqların hüquqlarına hörmət etməyə” çağırıb.
4347246