“İQNA”-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Fələstin Futbol Federasiyasının prezidenti Cəbrayil Rucub qeyd edib ki, baş verənlər Fələstinli mülki şəxslərin hədəf alınmasını haqq qazanan bir tərəflə idman sahəsində normallaşmanın qəbuledilməz olması inancının əksidir.
Rucub həmçinin deyib ki, İsrail nümayəndəsi ətrafında bəzi dairələrdə bir növ təcrid əlamətləri müşahidə olunur. Onun fikrincə, bu, hələ praktiki qərarlara gətirib çıxarmasa da, beynəlxalq mühitdə tədricən dəyişiklik olduğunu göstərir.
O, sonda vurğulayıb ki, beynəlxalq arenada ikili standartlara son qoyulması üçün Sionist rejimin futbol federasiyasına qarşı sanksiyaların tətbiqi və onun fəaliyyətinin dayandırılması istiqamətində hüquqi təqiblər davam edəcək.
4350733