“İQNA”-nın “CNN”-ə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Donald Tramp Çikaqo meri Brandon Consonun Vatikanda Papa Lev XIV ilə görüşünə reaksiya göstərib və son açıqlamalarında Papaya yenidən hücum edib.
Tramp "Truth Social" sosial şəbəkəsində yazdığı mesajda deyib: “Kimsə Papaya izah etməlidir ki, Çikaqo meri faydasız bir şəxsdir və İran nüvə silahına sahib ola bilməz”.
ABŞ prezidenti bu mesajında Çikaqo merinin Papa ilə görüşünün şəklini də yayımlayıb.
Amerikanın üçüncü ən böyük şəhərini idarə edən Çikaqonun demokrat meri Brandon Conson təxminən 50 yerli rəsmidən ibarət nümayəndə heyəti ilə birlikdə Romaya səfər etmişdi. Bu səfər Amerika mediasında geniş əks-səda doğurub.
Conson Trampın tanınmış tənqidçilərindən biridir və əvvəllər də Papa Lev XIV-in İrana qarşı müharibənin əleyhinə mövqeyini, habelə Tramp administrasiyasının immiqrasiya siyasətinə dair tənqidlərini dəstəkləmişdi.
Çikaqo meri bu görüşdən sonra açıqlayıb ki, İran müharibəsi mövzusunda «cəsarətinə, gücünə və mənəvi mövqeyinə» görə Papaya təşəkkür edib.
O, bu görüşü mülki rəhbərliklə mənəvi liderlik arasında yaxınlaşmanın nümunəsi kimi təsvir edib.
Trampla Papa Lev XIV arasındakı fikir ayrılıqları, katoliklərin dünya rəhbərinin Amerika və sionist rejimin İrana qarşı müharibəsini tənqid etməsindən sonra daha da dərinləşib. Tramp əvvəllər də Truth Social-dakı mesajında Papaya mövqeyinə görə tənqid edərək onu «cinayətkarlıqla mübarizədə zəif və xarici siyasətdə çox zəif» olaraq təsvir etmişdi.
ABŞ prezidenti həmçinin Papadan siyasi məsələlərə qarışmaq əvəzinə, dini vəzifələrinə diqqət yetirməsini xahiş etmişdi.
Keçən ay Papa Lev, Katolik Kilsəsinin rəhbəri kimi rəhbərliyinin birinci ildönümü münasibətilə etdiyi çıxışında – Vatikanda ABŞ dövlət katibi Marko Rubio ilə görüşündən bir gün sonra – dünya liderlərini qlobal gərginliyi sakitləşdirməyə və nifrəti azaltmağa təşviq etmələri üçün Allaha yalvardı.
Lev möminləri dünya dövlətlərinin zorakılıqdan üz döndərməsi üçün dua etməyə çağırdı.
4355252