“İQNA”-nın "Fələstin Onlayn"a istinadən verdiyi xəbərə görə, bu yarışlar mayın 25-dən iyunun 1-dək Kiprdə keçirilib. Şataranın qərarı sionist rəqibin adı bəlli olduqdan dərhal sonra qəbul edilib.
İordaniya milli tennis komandasının bu oyunçusunun yarışdan imtinası İordaniyada normallaşmaya qarşı olan milli cərəyanlar və qruplar tərəfindən geniş şəkildə qarşılanıb. "İordaniya boykot edir" hərəkatı və onunla əməkdaşlıq edən milli qurumlar bu addımın Fələstin və ərəb boykot meyarlarına sadiqlik çərçivəsində və idman meydanlarında işğalçı rejimin nümayəndələri ilə üz-üzə gəlməyə etiraz olaraq atıldığını bildiriblər.
Talal Şatara İordaniyanın yeniyetmə tennisçiləri arasında tanınmış simalardan sayılır; o, 10 yaşından milli komandanın üzvüdür və son rəsmi daxili reytinqdə kişilər kateqoriyasında üçüncü yeri tutur.
Boykotu dəstəkləyən qruplar bu idmançının hərəkətinin idman normallaşmasının rədd edilməsi və sionist rejimin beynəlxalq yarışlar vasitəsilə öz imicini yaxşılaşdırmaq cəhdlərinə qarşı çıxmaq barədə aydın bir mesaj olduğunu vurğulayıblar; xüsusilə də Qəzza zolağına qarşı soyqırım müharibəsinin davam etdiyi və Fələstin xalqına qarşı təcavüzlərin sürdüyü bir şəraitdə.
"Müqavimət və normallaşma ilə mübarizə üçün hərəkət edirəm" təşkilatı da Şataraya mövqeyinə görə təşəkkür edərək, bu qərarı əxlaqi və milli bir addım kimi dəyərləndirib və vurğulayıb ki, idman insani dəyərlərin və ədalətin müdafiəsi üçün bir meydan olmalıdır, işğalçıların simasını ağartmaq üçün bir vasitə yox.
4355514