IQNA

İmameyn Əskəriyyeyn hərəmində Quran məclisi keçirildi

10:44 - June 09, 2026
Xəbər sayı: 3500508
İQNA – Həzrət Əbbas (ə) hərəminin qarilərinin iştirakı ilə İraqdakı İmameyn Əskəriyyeyn (ə) məqbərəsində Quran məclisi təşkil edildi.

“İQNA”-nın "əl-Kəfil"ə istinadən verdiyi xəbərə görə, Həzrət Əbbas (ə) hərəminin Qurani-Kərim Elmi Məclisinin qariləri İmameyn Əskəriyyeyn hərəmində keçirilən Quran məclisində iştirak ediblər.

Bu iştirak, Həzrət Əbbas (ə) hərəminin Quran Elmi Məclisinə tabe olan Divaniyyə Quran Mərkəzinin əməkdaşlığı ilə və həmin məclisin İraqın müqəddəs hərəmlərindəki Quran tədbirlərində və fəaliyyətlərində davamlı iştirakı çərçivəsində baş tutub.

 

4356972

captcha