IQNA

Əl-Əzhərin şeyxi sabitlik dəyərlərindən ilham almağın və torpaqların toxunulmazlığını qorumağın vacibliyini vurğulayıb

13:05 - June 17, 2026
Xəbər sayı: 3500562
İQNA – Əl-Əzhərin şeyxi Əhməd ət-Tayyib hicri-qəməri ilinin başlanması münasibətilə göndərdiyi mesajda bütün İslam ümmətini mötədillik və orta yol tutmağa çağırıb. O, hamını sabitlik, əzm və iradə, haqq yolunda möhkəm dayanmaq və İslamda torpaqların toxunulmazlığını qorumağa dəyər verməkdən ilham almağa dəvət edib.

“İQNA”-nın "Sədyul-Bələd"ə istinadən verdiyi məlumata görə, Əl-Əzhərin şeyxi Əhməd ət-Tayyib hicri yeni il münasibətilə Misir prezidenti Əbdülfəttah əs-Siyəriyə, bu ölkənin xalqına, eləcə də ərəb və İslam ümmətinə səmimi təbriklərini və ən xoş arzularını çatdırıb. O, Uca Allahdan bu ilin bütün bəşəriyyət üçün xeyir, bərəkət, əmin-amanlıq və sülh dolu bir il olmasını diləyib.

O, bu münasibətlə hamını sabitlik, əzm və iradə, haqq yolunda möhkəm dayanmaq və İslamda torpaqların toxunulmazlığının qorunmasına diqqət yetirmək dəyərlərindən ilham almağa çağırıb.

Əl-Əzhərin şeyxi bildirib ki, Peyğəmbərin (s) hicrəti İslam tarixində və nəbəvi siyyətdə mərkəzi bir dərsdir. Onun Allaha olan sarsılmaz imanı, təvəkkülü, İslamın təbliği yolunda çətinliklərə dözümlülük və qeyri-müsəlmanlarla dinc yanaşı yaşamanın ən yaxşı nümunələrini təqdim etməsi müsəlmanların şüurunda kök salıb.

Ət-Tayyib bütün İslam ümmətini mötədillik və orta yol yanaşmasına sadiq qalmağa çağırıb. O, parçalanma və ixtilaf amillərinə qarşı çıxaraq, İslam birliyinin gücləndirilməsi və xalqlar arasında birgə əməkdaşlığın inkişaf etdirilməsi üçün səy göstərmələrini tövsiyə edib ki, bununla da onlar üçün sülh, rifah və tərəqqi təmin olunsun.

O, sonda Uca Allahdan ərəb və İslam ümmətini qorumasını, onları əzab-əziyyətdən xilas etməsini, sıralarını birləşdirməsini, aralarında həmrəylik yaratmasını və dünya liderlərini haqq, ədalət və insanlar arasında bərabərlik dəyərlərinə sadiq qalmağa yönəltməsini diləyib.

4358608

captcha