“İQNA”-nın Həzrət Ayətullahül-üzma Xameneinin İşlərini Qoruma və Nəşr Mərkəzinin informasiya bazasına istinadən verdiyi xəbərə görə, İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Xameneinin İran və ABŞ prezidentləri arasında imzalanan anlaşma memorandumu ilə bağlı İran xalqına müraciətinin mətni belədir:
"Bismillahir-Rəhmanir-Rəhim
İranın coşğun və vəfalı xalqı!
Bildiyiniz kimi, İran və ABŞ prezidentləri arasında bir anlaşma memorandumu imzalanıb. Bu mərhələyə çatmaq yolunda rəsmi şəxslər qayğıkeşliklə və xoş niyyətlə çox böyük səylər göstəriblər. Əlbəttə ki, aciz vəziyyətdə olduğuna görə bu iş üçün müxtəlif vasitələrdən istifadə edən ABŞ prezidenti idi.
Mən əslində başqa bir fikir bildirmək istəyirdim, lakin möhtərəm prezidentin Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi öz adından və digər üzvlər adından İran xalqının və müqavimət cəbhəsinin hüquqlarını qorumaqla bağlı mənə verdiyi öhdəliyə və bu məsuliyyəti öz üzərinə götürdüyünü bəyan etdiyinə görə, buna icazə verdim. O, həmçinin bəyan edib ki, əgər ABŞ tərəfi artıq tələblər irəli sürərsə, buna boyun əyməyəcək. Bu andan etibarən biz, yəni siz şərəfli xalq və bu kiçik xidmətkarınız, qeyd olunan şərtlərin yerinə yetirilməsini gözləyəcəyik. Lakin aydındır ki, gələcəkdə baş tutacaq birbaşa danışıqlar düşmənin fikrinin qəbul edilməsi mənasına gəlmir. Ümid edirik ki, ağamızın (İmam Zamanın) - Allah onun zühurunu tezləşdirsin - xeyir duası İranın şərəfli xalqı üçün hər cür qələbə və fəthlər gətirəcək.
Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh
Seyid Müctəba Hüseyni Xamenei
18 iyun 2026"
4359075