"İQNA"nın "Rusiya əl-Yəvm"-ə istinadən verdiyi məlumata görə, İsrail rejiminin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvir Livanın cənubunda hərbi münaqişənin dayandırılmasını tələb edən ABŞ və beynəlxalq tərəflərin təzyiqlərinə qarşı çıxaraq, Livanın İsrail ordusu üçün "oyun meydançası"na çevrilməsini tələb edib.
Ben-Qvir bildirib: "Mən Livanla bağlı İsrailin hərbi əməliyyatlarına dair heç bir Amerika məhdudiyyətini qəbul etmirəm. Əgər Tramp Netanyahuya Livandan çıxmağı əmr etsə, cavab belə olmalıdır: 'Xeyr, cənab prezident'".
Bu radikal sionist nazir əlavə edib: "Livan dövləti ilə Hizbullah arasında fərq qoymaq süni və qəbuledilməz bir ayrı-seçkilikdir".
O, bütün Livan ərazisinin heç bir istisna və ya məhdudiyyət olmadan İsrailin hərbi əməliyyatlarının birbaşa hədəfinə çevrilməsini tələb edib.
Ben-Qvir küstahlıqla davam edib: "Minlərlə livanlı ana ağlaya bilər, amma bir israilli ana ağlamamalıdır. Bizim prioritetimiz israillilərin qorunmasıdır, hətta bu, livanlı mülki vətəndaşların həyatı bahasına başa gəlsə belə".
O, müharibə üçün hər hansı humanitar və ya əxlaqi məhdudiyyətin müəyyən edilməsini rədd edərək deyib: "Mütləq prioritet hər qiymətə israillilərin müdafiə olunmasıdır, hətta bu, livanlı mülki şəxslərin ziyanına olsa belə".
4359741