“İQNA”-ya müsahibə verən Bilqeys Hərb Cəfər, işğalçı İsrail rejiminin Livanın cənubuna davam edən hücumları nəticəsində yeganə oğlunun şəhid olması xəbərini verib.
Bilqeys Hərb Cəfər "əl-Mustafa (s) Beynəlxalq Universiteti"nin məzunudur. O, İranda Quranın əzbərlənməsi və yarışların münsifliyi üzrə kurslar keçib və Livanda Quran elmləri müəllimi kimi fəaliyyət göstərir.
Bu livanlı münsif yeddi il beynəlxalq Quran yarışlarında əzbər (hifz) sahəsində iştirakçı kimi çıxış edib. O, son vaxtlar beynəlxalq yarışlara "vəqf və ibtida" sahəsində münsif qismində dəvət olunurdu və İranın beynəlxalq Quran yarışlarında iki dəfə münsif kimi iştirak etmək təcrübəsinə malikdir.

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA), Livanın quranşünaslar cəmiyyətinə və bu mömin şəhidin ailəsinə başsağlığı verərək, uca Allahdan mərhuma yüksək məqamlar, ailəsinə isə səbir və əcr diləyir. İnşallah, bu əziz insanın ruhu İslam müqavimətinin uca şəhidləri, xüsusilə də şəhidlər sərvəri Həzrət Əba Abdullah əl-Hüseyn (ə) ilə mələkuta qovuşar və ilahi ruzi ilə bəhrələnər. Çünki Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) buyurduğu kimi: "Əşrəfül-qətli qətlüş-şühəda" (Ölümlərin ən şərəflisi şəhidlikdir).

4359796