İQNA – Mərakeş milli komandasının və İngiltərənin "Mançester Yunayted" klubunun oyunçusu Nusayr Məzraui futboldan ayrıldıqdan sonra Quranı əzbərləmək və vaiz (təbliğatçı) kimi fəaliyyət göstərmək əzmində olduğunu açıqlayıb.
"İQNA"-nın "Ərəbi 21" saytına istinadən verdiyi məlumata görə, Mərakeş milli komandasının və "Mançester Yunayted" klubunun oyunçusu Nusayr Məzraui 2026-cı il Dünya Çempionatından sonra futbolla vidalaşmaq niyyəti barədə danışdıqdan sonra geniş reaksiyalara səbəb olub.
O, təqaüdə çıxdıqdan sonra özünü Quranı əzbərləməyə və məsciddə imam kimi xidmət etməyə həsr etmək niyyətindədir.
Məzraui bu fikirləri hazırda ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 2026-cı il Dünya Çempionatında Mərakeş milli komandasının heyətində iştirak etdikdən sonra səsləndirib.
O, İspaniyanın "AS" qəzetinə verdiyi müsahibədə deyib: "Ola bilər ki, Dünya Çempionatından sonra futbolu buraxmaq qərarına gəlim; həyat qısadır. Quranı əzbərləmək və bir gün məsciddə imam olmaq istəyirəm".
Məzraui daha əvvəl Almaniyanın "Bavariya" klubunda oynadığı dövrdə də sosial şəbəkələrdə Quranı əzbərləmək istəyi barədə danışmış və bu qərarı namazlarında çatışmazlıq hiss etdikdən və yalnız bir neçə qısa surəni bildiyini anladıqdan sonra verdiyini izah etmişdi.
Həmin vaxt futbolçu bildirmişdi ki, Quranı əzbərləmək, təcvid qaydalarını öyrənmək, mənalarını dərk etmək və Quranı gündəlik həyatının bir hissəsinə çevirmək üçün Əyyub adlı bir müəllimdən kömək alıb.
O, əvvəlki açıqlamalarında demişdi: "İnşallah, məqsədim Quran hafizi olmaq, onu dərk etmək və həyatımın bir parçası etməkdir. Həmçinin bu təcrübəni yaxınlarımla bölüşmək istəyirəm və nəhayət, arzum məsciddə imam olmaqdır".
4359774