“İQNA”-nın “Middle East News”-a istinadən verdiyi məlumata görə, minlərlə Hüseyn aşiqi Nəcəfdə keçirilən ənənəvi məşəl yürüşündə iştirak edib. Onlar yandırılmış məşəlləri çiyinlərinə götürərək İmam Əli (ə) hərəmi istiqamətində hərəkət edib və Məhərrəm gecələrinin ən möhtəşəm matəm mərasimlərindən birini həyata keçiriblər.
Ənənəvi “Məşəl yürüşü” mərasimi İmam Əli (ə) hərəmi ətrafında keçirilən möhtəşəm Məhərrəm matəm ənənələrindən biridir. Bu mərasim İraq vaxtı ilə Məhərrəmin səkkizinci gecəsindən başlayır və hər gecə Aşura gününədək davam edir.
Mərasim zamanı yüzlərlə alovlu məşəl əzadarlıq edənlərin çiyinlərində daşınır. Davul və sinc səsləri, eləcə də “Ləbbeyk ya Hüseyn” şüarları altında hərəmin ətrafındakı küçə və yollar işıqlanır və xüsusi mənəvi ab-hava yaranır.
4360308