IQNA

6:52 - June 27, 2026
Xəbər sayı: 3500621

İtaliya xalqının etiraz aksiyasında sionist rejimlə əlaqələrin kəsilməsi tələb edilib

İQNA – İtaliyadakı Fələstin tərəfdarları Roma meriyasının binası qarşısında toplaşaraq, bu qurumun sionist rejimlə əlaqələrini kəsməsini tələb ediblər.

“İQNA”-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, etirazçılar dünən, iyunun 25-də (cümə axşamı) "Kampidolio" meydanına toplaşaraq, sionist rejimin Qəzzada törətdiyi soyqırıma baxmayaraq, Roma meriyasının bu rejimlə əlaqələri davam etdirməsini tənqid ediblər.

Etirazçılar Roma rəsmilərindən sionist rejimlə imzaladıqları bütün əməkdaşlıq sazişlərini dayandırmağı tələb ediblər.

Bu nümayiş şəhər şurasının iclası ilə eyni vaxtda keçirilib və etirazçılar şuranın diqqətini öz tələblərinə cəlb etməyə çalışıblar.

Onlar əllərində Fələstin bayraqları tutaraq, Fələstinə dəstək şüarları səsləndiriblər. Bundan əlavə, etirazçılar sionist rejimin Livana olan hücumlarını da pisləyiblər.

İtaliyadakı Fələstin Tələbə Hərəkatının rəhbəri Maya İsa, Roma meriyasını Təl-Əvivlə olan bütün əməkdaşlıq müqavilələrinə son qoymağa çağırıb.

4360417

Teqlər: italiya ، etiraz ، aksiya ، sionist rejim
captcha