“İQNA”-nın, İraqın rəsmi xəbər agentliyi VAA (INA)-ya istinadən verdiyi məlumata görə, bəyanatda deyilir:
"Uzun illərdir davam edən korrupsiyaya qarşı mübarizə, terrorizmlə mübarizədən daha asan deyil, hətta bəlkə də ondan daha çətindir. Terrorizmə qarşı mübarizədə böyük cəsarət göstərən ləyaqətli iraqlılar Allahın köməyi ilə korrupsiyaya qarşı da mübarizəyə qoşula və bu mübarizədə də düzgün, peşəkar və qətiyyətli idarəçilik olduğu təqdirdə qalib gələ bilərlər."
Bu bəyanatın yenidən yayımlanması, bu gün səhər saatlarından etibarən korrupsiyada ittiham olunan bir sıra iraqlı siyasətçilərin və parlament üzvlərinin saxlanılması fonunda baş verib. Onların saxlanılması prosesi hələ də davam edir.
Bundan əvvəl yüksək vəzifəli bir mənbə İraqın rəsmi xəbər agentliyinə bildirib ki, İraq Neft Nazirliyinin nazir müavininin etirafları əsasında korrupsiya işləri üzrə ittiham olunan bir sıra şəxslər həbs edilib.
4360884