IQNA

Norveç İslam Vəqfləri İdarəsinin rəhbəri: Müqavimət İmam Xameneinin rəhbərliyi sayəsində qlobal bir diskursa çevrilib

11:11 - July 05, 2026
Xəbər sayı: 3500677
İQNA – Rəvafid Əl-Yasiri İslam İnqilabının Fələstinə və dünyanın məzlumlarına dəstək yolunun davam etdiyini vurğulayaraq bildirib ki, İmam Xameneinin (r.ə) müdrik rəhbərliyi sayəsində müqavimət anlayışı Fələstin sərhədlərini aşaraq, bu gün bütün məzlumların və zülmə məruz qalanların müdafiəsi üçün qlobal bir tələbə çevrilib.

İranın şəhid lideri ilə vida mərasimində iştirak edən qonaqlardan biri, Norveç İslam Vəqfləri İdarəsinin rəhbəri Rəvafid Əl-Yasiri “İQNA” ilə söhbətində deyib: "İslam İnqilabının əvvəlindən, İmam Xomeyni (r.ə) İslam Respublikasını qurub Fələstin amalını müdafiə edəndən bəri müqavimət oxunun təməlləri formalaşdı. İslam Respublikası qurulduğu ilk gündən öz dəyərlərinə əsaslanaraq istikbara (təkəbbürlü güclərə) qarşı durdu; ona görə də müqavimət yeni bir mövzu deyil."

O, əlavə edib: "Bu yol İmam Xameneinin (q.s) müdrik rəhbərliyi ilə davam etdirildi və o, Fələstin məsələsini və dünyanın məzlumlarını dəstəkləyərək müqavimət oxunu gücləndirdi. Bu gün müqavimət artıq yalnız Fələstinlə məhdudlaşmır, o, İslam Respublikasının dəstək verdiyi dünyanın bütün məzlumlarını əhatə edir."

Əl-Yasiri bildirib: "Bu düşüncə dünya xalqlarının müqavimət anlayışına baxışını dəyişib. Əvvəllər müqaviməti terror kimi təqdim etsələr də, bu gün o, qlobal bir tələbə çevrilib və məzlumun olduğu hər yerdə ondan danışılır."

O, Avropadakı proseslərə toxunaraq deyib: "Bu gün ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı ələ keçirmək istəyəndə, Norveç xalqı buna icazə verməyəcəklərini deyir. Bu da bir növ müqavimətdir və İmam Xameneinin vurğuladığı həmin düşüncənin bir hissəsidir."

İran İslam Respublikasının əzəmətinin sirri

Norveç İslam Vəqfləri İdarəsinin rəhbəri qeyd edib: "Müqavimət bu gün Qəzzə və Yəmənin hüdudlarını aşaraq qlobal səviyyəyə çıxıb. İndi Qərb ölkələrində İmam Xomeyni və İmam Xameneinin düşüncələrini öyrənirlər ki, İranın 47 illik sanksiyalara baxmayaraq, necə belə bir gücə çatdığını anlasınlar."

"Bu əzəmətin sirri imandır" deyən Əl-Yasiri əlavə edib: "Biz inanırıq ki, həqiqi güc iman gücüdür. Onlar nüvə silahından qorxurlar, lakin istikbara qarşı mübarizədə iman və haqq silahı daha güclüdür."

Əl-Yasiri Yəmən, İraq və İrandakı müqavimət komandirlərinin şəhadətinə işarə edərək deyib: "Komandirlərin şəhadətinə baxmayaraq, müqavimət nəinki məhv olmayıb, əksinə, yenidən doğulub və bu, şəhadətin bərəkətidir; müqavimət davam edəcək."

Şəhid liderin vida mərasimində dinlərin vəhdətinin nümayişi

O, İslam vəhdəti mövzusuna toxunaraq bildirib: "İmam Xomeyni (r.ə) İslam vəhdətinin təməllərini qoydu və İmam Xamenei (q.s) 30 ildən çox bu yolu davam etdirdi. Mən illərdir İslam vəhdəti konfranslarında iştirak edirəm və bu gün öz gözlərimlə gördüm ki, şəhid liderlə vida mərasimində müsəlmanlarla yanaşı, xristianlar, hindular, müxtəlif məzhəblərin nümayəndələri, rusiyalı keşişlər və hətta qeyri-müsəlmanlar da iştirak edirdilər."

Əl-Yasiri əlavə edib: "Bu iştirak göstərir ki, vəhdət yalnız İslam dünyası ilə məhdudlaşmayıb, ümumbəşəri bir anlayışa çevrilib."

Norveçdəki mühitə işarə edən Əl-Yasiri deyib: "Norveçdə də qeyri-müsəlmanlar İslam Respublikasını dəstəkləmək üçün küçələrə çıxdılar və İmam Xameneinin şəkli Norveç parlamentinin qarşısında qaldırıldı. Əvvəllər biz İran haqqında danışmağa belə qorxurduq, amma bu gün açıq şəkildə İslam Respublikasından danışırıq və bayrağını əlimizdə tuturuq."

Norveç İslam Vəqfləri İdarəsinin rəhbəri sözlərini belə yekunlaşdırıb: "Bu, İmam Xomeyni və İmam Xameneinin dəvət etdiyi xalis Məhəmmədi İslamın öz yolunda davam etdiyini göstərir. Allahdan diləyirəm ki, xalqlarımızı vəhdətə çatdırsın və bizi işğalçılarla əlaqələri normallaşdıran və itaəti təbliğ edən hökmdarlardan qurtarsın."

O, söhbətinin davamında Qərbi Asiya regionunda son baş verən dəyişikliklərə istinad edərək dedi: Bu gün Amerika bazaları hədəfə alınıb və Qərb mediası yazır ki, Norveç Amerikanın 12 hərbi bazasını özündə saxlayır. İranın regiondakı Amerika bazalarına hücumlarından sonra, indi Norveç xalqı bu bazaların fəaliyyətdən çıxarılmasını tələb edir, çünki onlar hesab edirlər ki, bu bazalar İsrail rejimini qorumaq üçün yaradılıb, Norveç xalqını qorumaq üçün deyil.

Əliyəsrə əlavə etdi: Bu, İslam Respublikasının nailiyyətidir. Komandirlərimizi itirsək də, düşmən öz məqsədlərinə çatmadı və İslam Respublikası birliyi qoruyaraq qalib gəldi.

İslami İranın ucalığı; dünyanın azad insanlarının fəxridir.

Bu mütəfəkkir xanım həmçinin Osloda bir orta məktəbin direktoru kimi şəxsi təcrübəsinə istinadən dedi: 12 günlük müharibədən sonra somalili şagirdlərimdən biri mənə dedi: "İran başımızı fərəhlə yuxarı qaldırmağımıza səbəb oldu." Bu şagird əvvəllər İranı tanımırdı və mən də heç vaxt onunla İran haqqında danışmamışdım, lakin son hadisələr onun baxışını dəyişdi.

O, söhbətinin sonunda qeyd etdi: Düşmən İslam Respublikasını məhv etmək niyyətində idi, lakin bu gün Tehranı elə gördüm ki, sanki heç bir müharibə baş verməmişdi. Şəhidlərin dəfn mərasimində də eyni ruhu müşahidə etdim. Bu, ilahi nemətlərdən bir nemətdir ki, buna görə Allaha şükür etmək lazımdır və bu gün bizim İranda olmağımız İslam Respublikasının qələbəsini göstərir.

Söhbət: Seyid Meysəm Yəqubi

4361990

captcha