IQNA

13:58 - July 06, 2026
Xəbər sayı: 3500687

İran İslam İnqilabının şəhid liderinin dəfni münasibətilə İraqın bir neçə əyalətində tətil günü elan edilib.

İQNA – İraqın 8 əyaləti İran İslam İnqilabının şəhid lideri Ayətullah Seyid Əli Xameneinin bu ölkədə keçiriləcək dəfn mərasimi münasibətilə çərşənbə gününü rəsmi tətil elan edib.

“İQNA”-nın məlumatına görə, İranın şəhid liderinin cənazəsinin Nəcəf və Kərbəla əyalətlərində keçiriləcək dəfn mərasimi ilə əlaqədar çərşənbə günü (8 iyul) Bağdad, Nəcəf, Babil, Zi-Qar, Bəsrə, Vasit, Meysan və Müsəna daxil olmaqla İraqın 8 əyalətində rəsmi tətil elan edilib.

Milyonlarla insanın iştirakı ilə keçiriləcəyi gözlənilən dəfn mərasimi yalnız Nəcəf və Kərbəlada baş tutacaq. Planlaşdırmaya əsasən, cənazə Qumdan Nəcəfə gətiriləcək və Həzrət Əli (ə) hərəmində keçiriləcək mərasimdən sonra dəfn korteji Kərbəlaya doğru hərəkət edərək "Beynül-Hərəmeyn" bölgəsində mərasim təşkil olunacaq. Daha sonra cənazə Nəcəf hava limanı vasitəsilə Məşhədə aparılacaq və İmam Rzanın (ə) hərəmində dəfn ediləcək.

Bu mərasimdə iştirak etmək üçün 60-dan çox heyət qeydiyyatdan keçib. Bu dəfn mərasimi İran və İraqda keçirilən yeddi günlük anım proqramının bir hissəsidir.

4362308

captcha