IQNA

Şeyx Mahir Həmud: Şəhadət, İmam Xameneinin uzun illərdir arzusu idi

14:09 - July 06, 2026
Xəbər sayı: 3500689
İQNA – Müqavimət Alimləri Dünya İttifaqının sədri, şəhid rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei ilə xatirələrini və görüşlərini nəzərdən keçirərək bildirdi: O həmişə Allah yolunda şəhadəti ən böyük şərəf bilirdi və nəhayət, illərlə cihaddan sonra arzusuna çatdı.

“İQNA-nın məlumatına görə, Müqavimət Alimləri Dünya İttifaqının sədri Şeyx Mahir Həmud Əl-Əhd telekanalına müsahibəsində şəhid rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei ilə görüş və məktublaşmalarını xatırlayaraq dedi: Onunla ilk görüşü 1981-ci ildə, həzrətin İslam Respublikası Partiyasının sədri və Tehran cümə namazı imamı olduğu vaxt baş tutub.

Onun sözlərinə görə, həmin görüşdəki bir neçə saatlıq söhbət İslam inqilabının hədəfləri, düşmənlərə baxış və inqilabın ideya əsasları ətrafında olub və həmin iclasda deyilənlər, şəhid rəhbərin şəhadətinə qədər onun mövqelərində və fəaliyyətində heç bir dəyişiklik olmadan qalıb. Həmud həmçinin şəhid rəhbərlə prezidentlik dövründə və onun rəhbərliyə seçilməsindən sonrakı görüşlərinə də işarə edib.

O, şəhid rəhbərin həmişə aydınlıq, ixlas və dözümlə öz prinsiplərində dayandığını vurğulayaraq bildirdi: İslam inqilabının düşmənləri son illərdə məzhəb və etnik fərqlilikləri qızışdırmaqla inqilabın əsl üzünü təhrif etməyə və onu ekspansionist bir layihə kimi təqdim etməyə çalışdılar, amma reallıq budur ki, şəhid rəhbər ömrünün sonuna qədər İslam ideallarına, məzlumların müdafiəsinə və ümmətin birliyinə sadiq qaldı.

Şeyx Həmud həmçinin onunla əlaqə və məktublaşmalarının davam etdiyindən danışdı və şəhid rəhbərin ona yazdığı, sionist rejimlə hərbi, media, mədəni və təhsil sahələrində mübarizənin davam etdirilməsini vurğuladığı məktuba işarə etdi.

Müqavimət Alimləri Dünya İttifaqının sədri, şəhid rəhbərin Əhli-Sünnə alimləri və müxtəlif məzhəb ardıcılları ilə dialoq və qarşılıqlı əlaqə ruhundan da bəhs etdi və bu yanaşmanı onun birlik yaradan baxışının əlaməti olaraq dəyərləndirdi.

O, şəhid rəhbərin şəhadət məqamına çatmaq üçün uzun illər arzusuna işarə edərək bildirdi ki, o həmişə Allah yolunda şəhadəti ən böyük şərəf bilirdi və nəhayət, illərlə cihaddan sonra, xidmət və dözümlülüyün zirvəsində arzusuna çatdı və həyatı şəhadətlə sona yetdi.

4362196

captcha