IQNA

Şəhid rəhbərin dəfn mərasiminin əzəmətinin sionist mediada işıqlandırılması

14:45 - July 06, 2026
Xəbər sayı: 3500694
İQNA – Sionist media orqanları Şəhid rəhbərin pak cənazəsinin Tehran küçələrində dəfn mərasiminin başlaması ilə bu hadisəni işıqlandıraraq xalqın geniş iştirakına işarə ediblər.

“İQNA”-nın məlumatına görə, “Times of Israel” qəzeti yazıb: "İranın keçmiş rəhbərinin kollektiv dəfn mərasimi bu gün, çərşənbə axşamı səhər tezdən Tehranın mərkəzində, küçələrin izdihamla dolu olduğu bir vaxtda başlayıb."

“The Jerusalem Post” qəzeti də xəbər verib ki, İran İslam Respublikasının keçmiş rəhbərinin dəfn mərasiminin üçüncü günü paytaxtın mərkəzi küçələrində başlayıb və yas tutanlar qırmızı bayraqlarla bu mərasimdə iştirak ediblər.

Həmçinin Haaretz qəzeti isə inqilab şəhid rəhbərinin cənazə mərasiminin davamı ilə bağlı xəbərində bu gün səhər tezdən etibarən Tehranın mərkəzi küçələrində Ayətullahul-üzma Seyid Əli Xameneinin cənazəsini kollektiv şəkildə yola salmaq üçün xalqın küçələrə axışmasına işarə edərək bunu genişmiqyaslı olaraq təsvir edib.

4362536

captcha