“İQNA”-nın məlumatına görə, Kərbəla şəhəri ümmətin şəhid imamının və onun ailə üzvlərinin müqəddəs cənazəsini qarşılamağa hazırlaşır. Bu istiqamətdə Kərbəlada şəhid imam, Ayətullahul-üzma Seyid Əli Xameneinin müqəddəs cənazəsini qarşılamaq üçün "İlk Ərbəin zəvvarı" başlığı ilə bannerlər quraşdırılıb.
Planlaşdırılır ki, Kərbəla və Nəcəf müqəddəs şəhərləri çərşənbə günü (iyulun 8-də) İranın şəhid liderinin və ailə üzvlərinin cənazəsinin xalq tərəfindən yola salınması mərasiminə ev sahibliyi etsin.
İraqda şəhid imamın cənazə mərasiminin təşkilatçısı Səd Mənin bildirdiyinə görə, mərasimin rəsmi və dəqiq marşrutları müəyyən edilib. Belə ki, şəhid liderin müqəddəs cənazəsi Nəcəfi-Əşrəfdə təxminən 6 kilometr, Kərbəlada isə yenə 6 kilometr məsafədə İraqın vəfalı xalqının və aşiq kütlələrin çiyinlərində dövr etdiriləcək.

4362699