IQNA

Nəcəf alimləri və hövzə tələbələrinin şəhid rəhbərlə vidalaşması

12:07 - July 09, 2026
Xəbər sayı: 3500719
İQNA – İran İslam İnqilabının şəhid rəhbərinin Nəcəfi-Əşrəfdəki cənazə mərasimində İraq xalqının geniş iştirakı, bir daha "İran və İraq, ayrılıq mümkün deyil" şüarını dünya ictimaiyyətinin gözü qarşısında nümayiş etdirdi. Bu mərasim Nəcəf alimləri və hövzə tələbələrinin İmam Əli (ə) hərəmində şəhid rəhbərlə vidalaşması ilə müşayiət olundu.

 

"İQNA"-nın "Ətəbat-Müqəddəs Ələvi"-yə istinadən verdiyi məlumata görə, bu gün Nəcəfi-Əşrəfdə şəhid rəhbəri dəfn edənlər arasında şəhid rəhbərlə vidalaşmaq üçün İmam Əli (ə) hərəmində toplaşan müxtəlif İslam məzhəblərindən olan alimlərin, dini şəxsiyyətlərin və hövzə tələbələrinin diqqəti cəlb edən fəal iştirakı müşahidə olunurdu.

kod

 

İraqın "Əl-Suməriyə News" televiziya kanalı bir şəkil yayımlayaraq bildirib: Ali mərcəyi-təqlid Seyid Əli Hüseyni Sistaninin (dövləti daim olsun) övladları Seyid Məhəmmədrza və Seyid Məhəmmədbaqir Sistani İslam İnqilabının şəhid rəhbəri Ayətullah Xameneinin (r.ə) mübarək cənazəsinə Əmirəl-möminin Əli ibn Əbu Talibin (ə) hərəmində qılınan cənazə namazında iştirak ediblər.

 

وداع حوزویان نجف اشرف با قائد شهید + عکس و فیلم

Həmçinin İraqın "Hikmət" Milli Cərəyanının rəhbəri Seyid Əmmar Həkim şəhid rəhbər Ayətullah Seyid Əli Xameneinin Nəcəfi-Əşrəfdəki cənazə mərasimində iştirak edib.

 

وداع علما و حوزویان نجف اشرف با قائد شهید + عکس و فیلم

Bundan əlavə, Nigeriya şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzaki-nin Nəcəfdə şəhid rəhbərin cənazə mərasimində yas saxlayanların arasında olması bu mərasimə xüsusi bir ruh qatıb; illərlə həbsxana əzablarına, yaralanmalara və ailə üzvlərinin şəhadətinə dözən bu mübariz ruhan bu gün digər matəm saxlayanlarla çiyin-çiyinə şəhid rəhbərin yola salınması mərasimində iştirak edib.

 

وداع علما و حوزویان نجف اشرف با قائد شهید + عکس و فیلم

Kanalın bildirdiyinə görə, bu iştirak Ayətullah Xameneinin (r.ə) dini dairələrdə sahib olduğu dərin hörmət və yüksək məqamın göstəricisidir və dini mərcəyi-təqlidləri, eləcə də elmi hövzənin simalarını bir araya gətirən həmrəylik ruhunu vurğulayır.

Həmçinin Ayətullah Xameneinin cənazəsini Nəcəfi-Əşrəfdə yola salan iraqlılar ümmətin rəhbərinin şəkillərini daşıyaraq, ona beyət etdiklərini bəyan edib, İran bayrağını və müqavimət bayraqlarını dalğalandıraraq müqavimət cəbhəsinə dəstəklərini nümayiş etdiriblər.

Qeyd edək ki, ümmətin şəhid rəhbərinin cənazə mərasimi Nəcəfdə başa çatdıqdan sonra bu gün saat 16:00-da (İraq vaxtı ilə) Kərbəlada keçiriləcək.

"Əl-Məyadin" kanalının İraqdakı müxbiri bildirib ki, Kərbəla valiliyi şəhid rəhbərin cənazə mərasimində iştirak etmək üçün qeydiyyatdan keçənlərin sayının 7 milyona çatdığını açıqlayıb.

Həmçinin İraqın "Həşdi-Şəbi" təşkilatı Nəcəfi-Əşrəfdə şəhid rəhbərin cənazə mərasimində iştirak edənlərin sayının 2,3 milyonu keçdiyini və İraqın hər yerindən gələn yaslı insanların axını ilə bu rəqəmin artmaqda olduğunu elan edib.

Yayımlanan görüntülər cənazə marşrutunun 6 kilometrlik məsafəsinin izdihamla dolu olduğunu göstərir.

4362922

captcha