IQNA

Tunisli yazıçı: Ayətullah Xamenei müqavimət strategiyasını rəhbərlik, suverenlik və qabaqcılıq kimi üç prinsip üzərində qurub

14:15 - July 14, 2026
Xəbər sayı: 3500759
İQNA – Tunisli yazıçı Ayətullah Üzma Seyid Əli Xameneinin düşüncələrinə toxunaraq vurğulayıb ki, o, haqqın ucalması üçün müqavimət və dözümlülük yolunu strateji prinsiplər əsasında inşa edib və meydanda mühüm nailiyyətlər əldə edə bilib.

Müqavimət ədəbiyyatı üzrə mütəxəssis, tunisli yazıçı və ustad Muna Bəzzavi Tehran şəhərində İranın şəhid olmuş rəhbərləri ilə vida mərasimi çərçivəsində “İQNA”-ya verdiyi müsahibədə bildirib: "Ayətullah Xameneinin strategiyası "rəhbərlik, suverenlik və qabaqcılıq" kimi üç əsas sütun üzərində qurulmuşdu. Bu yanaşma böyük qələbələrin qazanılması ilə yanaşı, bəşəri dəyərlərin dünyada yayılmasına da kömək etdi".

Tunisli ustad əlavə edib: "Ayətullah Xamenei bu prinsiplərin İslam birliyinin reallaşmasında və bütün xalqların və dünyanın azad insanlarının məsələsi hesab etdiyi Fələstin davasının dəstəklənməsindəki əhəmiyyətini sübut etdi".

Bəzzavi, həmçinin şəhid Seyid Həsən Nəsrullah və general Qasım Süleymani də daxil olmaqla bir sıra müqavimət simalarının şəhadətinə toxunaraq bildirib ki, onlar bu amalı qorumaq üçün canlarını fəda etdilər.

Sonda o, qeyd edib: "Ayətullah Xamenei müqaviməti İslam ümməti və bəşəriyyət üçün səbr, hikmət və hidayət rəmzi hesab edirdi. Bu, izzət və ləyaqəti qorumaq, torpağı müdafiə etmək və xalqların ideallarını reallaşdırmaq məqsədi daşıyan bir yanaşma idi".

Qeyd edək ki, Muna Bəzzavi Tunisdən olan şair və yazıçıdır. O, magistr dissertasiyasını müasir ərəb mədəniyyətində qadın və iftixar, doktorluq dissertasiyasını isə təşəkkür və onun İslam təsəvvüfünə təsiri mövzusunda yazıb. O, indiyədək ən azı 15 ədəbi məqalə, altı şeir toplusu və iki kitab nəşr etdirib. Ərəb və fransız dilləri ilə yanaşı, ingilis dilini də qismən bilən yazıçı, həmçinin fars dilində də danışa bilir.

4363375

captcha