IQNA

Əlcəzairdən Paris Böyük Məscidinə 25 min nüsxə Quranın hədiyyə edilməsi

10:41 - July 15, 2026
Xəbər sayı: 3500763
İQNA – Əlcəzairin mədəniyyət və incəsənət naziri ölkəsinin Paris Böyük Məscidinə 25 min nüsxə Quran hədiyyə etdiyini açıqlayıb.

“İQNA”-nın “akhbardzair”-ə istinadən verdiyi məlumata görə, Əlcəzairin mədəniyyət və incəsənət naziri Məlikə bən Duda cümə günü öz rəsmi səhifəsində yaydığı bəyanatda Paris Böyük Məscidinə 25 min nüsxə “Qurani-Kərim” hədiyyə edildiyini bildirib.

Bu addım Fransada yaşayan əlcəzairli və digər müsəlman icmaların ehtiyaclarını təmin etmək məqsədilə atılıb. Nazirlik digər Qərb ölkələrindəki əlcəzairli icmalar üçün də buna bənzər proqramların nəzərdə tutulduğunu qeyd edib.

Bu xüsusda Əlcəzairin mədəniyyət və incəsənət naziri ölkə prezidenti Əbdülməcid Tebbunun hər il Quranın çap edilməsinə göstərdiyi diqqətə görə ona təşəkkür edib və bu vəzifənin icrası üçün “Milli Çap İncəsənəti İnstitutu”nun (ENAG) seçilməsindən məmnunluğunu ifadə edib.

Məlikə bən Duda, həmçinin uzun illərdir ki, Əlcəzair qəzetlərinin çapı ilə yanaşı, xüsusilə “Vərş” rəvayəti ilə Quranın çap prosesinin inkişafına səy göstərən “Milli Çap İncəsənəti İnstitutu”nun əməkdaşlarının zəhmətini yüksək qiymətləndirib və onların Qurani-Kərimi yüksək keyfiyyətlə və seçkin tərtibatla çap etmək öhdəliklərini təqdir edib.

Nazir əlavə edib: “Biz hər şeydən əvvəl “Milli Çap İncəsənəti İnstitutu”nun əməkdaşları və mütəxəssisləri ilə fəxr etməliyik; onlar uzun illərdir ki, “Əlcəzair Müshəfi” üslubunda və “Vərş” rəvayəti ilə çap olunan Quranın keyfiyyətini artırmaq üçün çalışırlar.”

Əlcəzairin mədəniyyət və incəsənət naziri sonda mərkəzin, xüsusilə Quran çapı sahəsində yüksək keyfiyyətli və dəyərli çap sifarişlərini yerinə yetirməyə sadiq olduğunu vurğulayıb.

4363341

captcha