IQNA

Azərbaycan Respublikasının müstəqil Fələstin dövlətinin qurulmasına dəstəyi elan edildi

20:15 - July 17, 2026
Xəbər sayı: 3500780
İQNA – Azərbaycan Prezidenti Fələstinin Baş naziri ilə görüşündə Bakının Şərqi Qüds paytaxt olmaqla müstəqil Fələstin dövlətinin yaradılmasına dəstəyini bir daha vurğulayıb.

“İQNA”, Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verilir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Fələstinin Baş naziri Məhəmməd Mustafa ilə görüşündə Azərbaycan Respublikasının Şərqi Qüds paytaxt olmaqla müstəqil və suveren Fələstin dövlətinin qurulmasına dəstəyini bir daha təsdiqləyib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatına görə, Əliyev Məhəmməd Mustafa ilə görüşündə bildirib ki, bu səfər Azərbaycan və Fələstin arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcək.

Məhəmməd Mustafa isə Əliyevlə görüşündən məmnunluğunu ifadə edərək, Fələstin dövlətinin başçısı Mahmud Abbasın salamlarını ona çatdırıb və Azərbaycanın Fələstinə göstərdiyi dəstəyə, o cümlədən humanitar yardımlara və Fələstində orta məktəb tikintisi təşəbbüsünə görə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycanın Ramallahda nümayəndəlik ofisinin açılması və Fələstinin Azərbaycandakı səfirliyinin xərclərinin Bakı tərəfindən qarşılanması iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsinin göstəricisi kimi qeyd olunub.

Tərəflər həmçinin xatırladıblar ki, Azərbaycan 2013-cü ildə Fələstinə maliyyə dəstəyi ilə bağlı keçirilmiş iki beynəlxalq konfransdan sonra Fələstinə beş milyon dollar maliyyə yardımı edib və BMT-nin Fələstinli Qaçqınlar üzrə İş və Yardım Agentliyi (UNRWA) vasitəsilə də dəstək göstərib.

Görüşdə, həmçinin 23-ü Heydər Əliyev adına beynəlxalq təqaüd proqramı çərçivəsində olmaqla, ümumilikdə 37 fələstinli tələbənin Azərbaycanda təhsil aldığı bildirilib. Tərəflər əlavə olaraq, Fələstinin bəzi kənd təsərrüfatı məhsullarının güzəştli şərtlərlə Azərbaycana ixracı və iki ölkəni maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

4364492

captcha