IQNA

Qəzzalıların İspaniyanın dünya çempionu olmasına sevinci

12:19 - July 20, 2026
Xəbər sayı: 3500801
İQNA – Fələstinlilər Qəzzada Meksika, Kanada və ABŞ-da keçirilən 2026-cı il Dünya Çempionatında İspaniya milli komandasının çempionluğunu böyük sevinc hissi ilə qarşılayıblar.

 

“İQNA”, "Arab48"-ə istinadən xəbər verir ki, Qəzzanın mərkəzindəki Nuseyrat qaçqın düşərgəsinin sakinləri iyulun 19-u, bazar günü axşamı 2026-cı il Dünya Çempionatının final oyununu izləmək üçün bir araya gəliblər. İspaniyanın əsas vaxtdan sonra əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub etməsindən sonra onlar bayram edib və sevinclərini ifadə ediblər.

Futbolu kütləvi şəkildə izləmək bir çox insan üçün müharibənin təzyiqlərindən və Qəzzanın mühasirəsindəki gündəlik həyatın çətinliklərindən bir neçə saatlıq da olsa uzaqlaşmaq üçün bir fürsət idi.

İştirakçıların böyük bir hissəsi İspaniya milli komandasını dəstəkləyirdi; bu dəstək Madridin Fələstin xalqını müdafiə edən mövqeyindən qaynaqlanırdı.

Qəzza sakinlərindən biri olan Numan Abdullah "Anadolu" agentliyinə deyib: "Biz İspaniyanı dəstəkləmək üçün bir araya gəldik, çünki onlar illərdir Fələstin xalqının yanında dayanıblar."

O əlavə edib ki, bu toplaşma fələstinlilərin yanında olan ölkələrlə sülh və həmrəylik mesajı daşıyır.

Bu qələbə ilə İspaniya 2010-cu ildən sonra tarixində ikinci dəfə dünya çempionu oldu. Argentina isə Qətərdə keçirilən 2022-ci il Dünya Çempionatındakı çempionluq titulunu qoruya bilmədi.

kod

4365047

captcha