IQNA

İranın Quran araşdırmaları sahəsindəki elmi potensialı İndoneziyada təqdim edilib.

2:27 - August 04, 2026
Xəbər sayı: 3500881
ÎQNA- İran İslam Respublikasının İndoneziyadakı mədəniyyət müşaviri İndoneziya Dini İşlər Nazirliyinin Quranın Tərcüməsi və Nəşri Mərkəzində İran, Malayziya və Misir nümayəndələrinin iştirakı ilə keçirilən “İranda necə təhsil alaq?” adlı ixtisaslaşdırılmış toplantıda İranın Quran araşdırmaları sahəsindəki elmi, tədqiqat və mədəni potensialını şərh edib.

İranın İndoneziyadakı Mədəniyyət Müşavirliyinin media bölməsinin "İQNA"-ya istinadən verdiyi məlumata görə, İranın mədəniyyət müşaviri Yəhya Cahangiri sözügedən tədbirdə İranın Quran elmləri sahəsindəki elmi potensialını, o cümlədən Beynəlxalq Quran Sərgisini, Quran Elmləri və Maarifi Universitetini, habelə bu sahədə fəaliyyət göstərən fakültə və universitet mərkəzlərini təqdim edərək, təhsil və tədqiqatla maraqlananlar üçün yaradılan fürsətlərdən bəhs edib.

Cahangiri həmçinin dini elmlər mərkəzlərinin (hövzə) Quran təlimi və tədqiqatlarındakı mövqeyinə, eləcə də Quran tədqiqatçıları və müfəssirlərinin yetişdirilməsindəki roluna diqqət çəkib.

O, çıxışının davamında Quranşünaslıq üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat jurnallarını, Quranın çap, nəşr və tərcümə mərkəzlərini, eləcə də Quran mədəniyyətinin təbliğində İranın mədəni və bədii potensialını təqdim edərək, bu imkanları beynəlxalq tədqiqatçıların qarşısında duran ən mühüm təhsil fürsətləri kimi qiymətləndirib.

İran, Malayziya və Misir nümayəndələrinin iştirakı ilə keçirilən bu proqramda hər bir ölkənin nümayəndəsi Quran araşdırmaları və fəaliyyətləri sahəsində öz ölkələrinin potensialını, nailiyyətlərini və təhsil fürsətlərini iştirakçılara tanıdıb.

4367916

Teqlər: iran ، quran ، malaziya ، misir
captcha