İranın İndoneziyadakı Mədəniyyət Müşavirliyinin media bölməsinin "İQNA"-ya istinadən verdiyi məlumata görə, İranın mədəniyyət müşaviri Yəhya Cahangiri sözügedən tədbirdə İranın Quran elmləri sahəsindəki elmi potensialını, o cümlədən Beynəlxalq Quran Sərgisini, Quran Elmləri və Maarifi Universitetini, habelə bu sahədə fəaliyyət göstərən fakültə və universitet mərkəzlərini təqdim edərək, təhsil və tədqiqatla maraqlananlar üçün yaradılan fürsətlərdən bəhs edib.
Cahangiri həmçinin dini elmlər mərkəzlərinin (hövzə) Quran təlimi və tədqiqatlarındakı mövqeyinə, eləcə də Quran tədqiqatçıları və müfəssirlərinin yetişdirilməsindəki roluna diqqət çəkib.
O, çıxışının davamında Quranşünaslıq üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat jurnallarını, Quranın çap, nəşr və tərcümə mərkəzlərini, eləcə də Quran mədəniyyətinin təbliğində İranın mədəni və bədii potensialını təqdim edərək, bu imkanları beynəlxalq tədqiqatçıların qarşısında duran ən mühüm təhsil fürsətləri kimi qiymətləndirib.
İran, Malayziya və Misir nümayəndələrinin iştirakı ilə keçirilən bu proqramda hər bir ölkənin nümayəndəsi Quran araşdırmaları və fəaliyyətləri sahəsində öz ölkələrinin potensialını, nailiyyətlərini və təhsil fürsətlərini iştirakçılara tanıdıb.
4367916