IQNA

14:13 - August 13, 2026
Xəbər sayı: 3500953

Kərbəlada İmam Hüseynin (ə) hərəminin qızlar üçün yay Quran kursları başlayıb

İQNA – İmam Hüseynin (ə) hərəminin Quran Təlimi Mərkəzinə bağlı olan Qadın Fəaliyyətləri Bölməsinin təşəbbüsü ilə Kərbəlada, Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin həyətində qızlar üçün yay Quran kursları başlayıb.

“İQNA”-nın İraq bürosunun məlumatına görə, bu yay Quran kursları ilkin hazırlıqlar başa çatdıqdan sonra avqustun 10-u, bazar ertəsi günündən etibarən öz işinə başlayıb.

İmam Hüseyn (ə) müqəddəs hərəminin Quran Media Mərkəzinin rəhbəri Vissam Nəzir Əl-Dəlfi bu barədə deyib: "Bu Quran kursları hərəmin Darul-Quranından olan 100 qadın müəllimin iştirakı ilə başlayıb və dərslər Quran, dini, fiqhi və əqidəvi mövzuları, eləcə də Quranın tematik təfsiri sahəsində dərsləri əhatə edir."

O, əlavə edib: "Hüseyn hərəminin müxtəlif yerlərində Quran tələbələrinin təşkilatlanmasına 50 nəzarətçi nəzarət edəcək və onların gediş-gəlişi üçün 50 avtobus ayrılıb."

Əl-Dəlfi izah edib: "Bu kurslara qəbul olunan qız tələbələrin sayı 2500 nəfərə çatır. Onlar Kərbəla əyalətinin müxtəlif bölgələrinin sakinləri, həmçinin bu əyalətdə yaşayan ərəb və xarici vətəndaşlardır və müxtəlif yaş qruplarını əhatə edirlər ki, hamı Quran elmlərini öyrənə və onun sonsuz mədəniyyətini yaya bilsin."

Qeyd etmək lazımdır ki, inzibati, ictimaiyyətlə əlaqələr və xidmət heyəti bu layihənin həyata keçirilməsi üçün zəruri hazırlıqları tamamlayıb və Hüseyn hərəminin dəstək bölmələri ilə lazımi koordinasiyanı təmin ediblər.

4369451

captcha