iqna

IQNA

Quran surələri /30
“Roma” diyarı və romalıların iranlılarla müharibələri Qurani-Kərimin işarə etdiyi məsələlərdən biridir. Herakliosun Romada hökmranlıq etdiyi dövrdə, ilk illərdə İrana məğlub oldu. Lakin Qurani-Kərimə əsasən, Romanın qələbəsi xəbəri peyğəmbərə (s) verildi və bu, tezliklə gerçəkləşdi.
Xəbər sayı: 3492900    Nəşr tarixi : 2022/09/11

Quran surələri / 29
Bir çox peyğəmbərlər yalançı tanrıların dəyərsizliyini göstərməyə çalışsalar da, öz ardıcıllarının inadkarlığı ilə qarşılaşdılar. "Ənkəbut" surəsi gözəl bir bənzətmə ilə zəlalətə düşənlərin inancını hörümçək evinə güvənməklə müqayisə edir.
Xəbər sayı: 3492858    Nəşr tarixi : 2022/09/04

Quran surələri / 28
Tarix boyu müxtəlif cərəyanlar öz qüdrətinə və ya sərvətinə arxalanaraq ilahi cərəyana qarşı durmağa çalışmışlar. Lakin təcrübə göstərir ki, nə zalımların gücü, nə də zənginlərin sərvəti ilahi qüvvəyə tab gətirə bilməz.
Xəbər sayı: 3492815    Nəşr tarixi : 2022/08/28

Quran surələri / 27
Süleyman (ə) yeganə peyğəmbər idi ki, padşahlıq məqamına malik idi. Sahib olduğu elm və sərvətdən əlavə, heyvanlarla danışa da bilirdi. Bir çox məxluqlar onun ixtiyar və rəhbərliyi altında idilər. Bu səbəbdən onun insan və cinlərdən ibarət böyük bir ordusu var idi. Bu da Süleymana (ə) heyrətamiz güc verirdi.
Xəbər sayı: 3492781    Nəşr tarixi : 2022/08/23

Quran surələri /26
İnsanları doğru yola yönəltmək üçün Allah tərəfindən bir çox peyğəmbərlər seçilmişdir. Lakin bu yolda çoxlu çətinliklər olmuşdur. O cümlədən günah və azğınlığa bulaşmış insanlar öz yolunu düzəltməyi asan qəbul etmirlər. Amma bu inadkarlıqlar peyğəmbərlərin məntiqində bir xələl yaratmadı.
Xəbər sayı: 3492751    Nəşr tarixi : 2022/08/19

Quran surələri / 25
Danimarkada gözəl mənzərəni təqdim edən iki dəniz bir-birinə bitişikdir. Biri şor, digəri şirindir. Fərqli xüsusiyyətlərə malik bu iki dəniz heç vaxt bir-birinə qarışmır və sanki aralarında bir divar var. Amma nə olursa olsun, heyrət və möcüzədən başqa bir şey ola bilməz.
Xəbər sayı: 3492720    Nəşr tarixi : 2022/08/14

Quran Surələri /21
"Ənbiya" surəsində bütün peyğəmbərlərin eyni yolda və eyni məqsədlə getdikləri və onların ardıcıllarının düşmənləri olsa da belə bütün bir ümmət şəklində olduqlarını qeyd etmək üçün 16 ilahi peyğəmbərin tarixi bəyan edilmişdir.
Xəbər sayı: 3492653    Nəşr tarixi : 2022/08/02

Quran Surələri /20
Qurani-Kərimdə dəfələrlə bəhs edilən hekayələrdən biri də Həzrət Musanın (ə) hekayəsidir. Taha surəsi Həzrət Musa (ə) ilə bağlı surələrdən biridir. Bu surədə bu ilahi peyğəmbərin, xüsusən də fironla üz-üzə qaldığı zaman idarə və rəhbərlik növünü görə bilərsiniz.
Xəbər sayı: 3492615    Nəşr tarixi : 2022/07/26

Quran surələri /19
Həzrət İsanın (ə) anası Məryəmin (ə) adı Qurani-Kərimdə iffətli qadın nümunəsi kimi təqdim edilmişdir. O, peyğəmbər olmasa da, peyğəmbər kimi böyümüş, peyğəmbər kimi davranmışdır.
Xəbər sayı: 3492584    Nəşr tarixi : 2022/07/20

Quran surələri /17
Həzrət Musanın (ə) hekayəsi və möcüzələri Qurani-Kərimin müxtəlif surələrində gəlib. "İsra" surəsində isə bu peyğəmbərin (ə) doqquz əlamət və möcüzəsindən bəhs edilir.
Xəbər sayı: 3492523    Nəşr tarixi : 2022/07/08

Quran surələri /16
Allahın nemətləri ətrafımızda bol və saysız-hesabsızdır. Bəziləri onların barəsində düşünür, bəziləri isə onların kənarından laqeyd keçir. "Nəhl" surəsi bu ilahi nemətlərdən bəzilərini sadalamaqla insanları mənəvi cəhətdən inkişaf etmək üçün bu şeylər üzərində düşünməyə dəvət edir.
Xəbər sayı: 3492502    Nəşr tarixi : 2022/07/04

Quran Surələri /14
"İbrahim" surəsində peyğəmbərlərin risaləti məsələsi ciddi şəkildə bəyan olunur. Ayələr elə bəyan edilir ki, konkret bir peyğəmbər və ya qövmün adı çəkilmir. Bu cəhətdən, demək olar ki, bütün peyğəmbərlər eyni yolda olmuşlar və onların səyləri xalqı ortaq bir planla hidayət etmək olmuşdur.
Xəbər sayı: 3492471    Nəşr tarixi : 2022/06/28

Quran surələri /13
Göydə göy gurultusu Allahın böyük əlamətlərindəndir ki, "Rəd" surəsinin 13-cü ayəsinə əsasən bu gurultu Uca Allaha təsbih və şükür etməkdir.
Xəbər sayı: 3492450    Nəşr tarixi : 2022/06/24

Quran Surələri /12
Qurani-Kərimdə Yusif peyğəmbərin əhvalatı insanın həyatı boyu çəkə biləcəyi çətinliklərlə doludur. Amma sonda Həzrət Yusif (ə) səbir və Allaha imanla yüksək məqama çatır.
Xəbər sayı: 3492434    Nəşr tarixi : 2022/06/20

Quran Surələri /11
İlahi rəhmətlə bağlı məsələlərlə yanaşı, Quran ayələrinin bir qismi axirətdə ilahi ədalət məhkəməsi və zalım qəbilələrin əzabından bəhs edir ki, onlardan bəziləri Hud surəsində qeyd olunur. Bu surədə təsvir olunan görüntü o qədər böyükdür ki, Peyğəmbər (s) buyurdu ki, bu surə məni qocaltdı!
Xəbər sayı: 3492421    Nəşr tarixi : 2022/06/18

Quran Surələri /4
İslamda mühüm məsələlərdən biri qadının cəmiyyətdə və ailədəki roludur. Bu məsələnin əhəmiyyətini başa düşmək üçün Qurani-Kərimin dördüncü surəsinə müraciət etmək olar. Harada ki, bir surə qadınlara həsr olunub və onların adına yazılıb.
Xəbər sayı: 3492409    Nəşr tarixi : 2022/06/15

Quran surələri /10
Peyğəmbərlərin əhvalatı, xüsusən də onların dini inkar edənlərlə qarşıdurması Quran ayələrinin bir hissəsini təşkil edir. Yunus surəsinin ayələri bu insanları, xüsusən də Quranı inkar edənləri çətin sınaqlara dəvət edir.
Xəbər sayı: 3492395    Nəşr tarixi : 2022/06/13

Quran Surələri /9
Birsurədən başqa Quranın bütün surələri Allahın adı və Bismillahir-Rəhmanir-Rəhim" ifadəsi ilə başlayır. "Tövbə" surəsi Allahın adı olmadan başlayır və bu, Tövbə surəsində istifadə olunan teoloji qətiyyətlə bağlıdır.
Xəbər sayı: 3492389    Nəşr tarixi : 2022/06/12

Quran surələri /8
Dünyada ifratçı qrupların meydana çıxması və bu qrupların İslam adından sui-istifadə etməsi səbəbindən cihadın mənası və məfhumu müharibə, zorakılıq, qətl kimi sözlərlə əlaqələndirilir. Bir halda ki, İslam dini həmişə sülh və əmin-amanlığa önəm verir. Bununla belə, təcavüzkarlara qarşı cihad etməyi zəruri hesab edir.
Xəbər sayı: 3492369    Nəşr tarixi : 2022/06/08

Quran surələri /7
"Ənam" surəsi İbrahimin (ə) hekayəsinə və onun övladlarının peyğəmbərliyinə işarə edərək, İslam dinini əvvəlki peyğəmbərlərin yolunun və hədəflərinin davamı kimi tanıtdırır.
Xəbər sayı: 3492354    Nəşr tarixi : 2022/06/06