iqna

IQNA

Quranda psixologiya / 4
İQNA – Depressiya insanın əşyalara marağını itirdiyi, sosial həyatının pozulduğu psixi vəziyyətdir. Depressiyanın qarşısını almaq üçün Qurani-Kərimin ən mühüm həll yolu Allaha iman etmək və Onu xatırlamaqdır.
Xəbər sayı: 3495488    Nəşr tarixi : 2024/02/19

Quranda psixologiya / 3
İQNA – Xroniki stressi müalicə etməyin yolu dözümlülük və davamlılığı artırmaqdır. Qurani-Kərim möhkəmliyi əzmkarlıq kimi şərh edir və onu qorxu və qəm-qüssənin aradan qaldırılması üçün bir vasitə hesab edir.
Xəbər sayı: 3495481    Nəşr tarixi : 2024/02/18

Quranda psixologiya / 2
İQNA – Quranın stressi azaltmaq üçün ən mühüm həll yolu Allaha imandır. Allaha inam insanda nikbinlik, gələcəyə ümid və rahatlıq yaratmaqla stressi aradan qaldırır.
Xəbər sayı: 3495468    Nəşr tarixi : 2024/02/15

Quranda psixologiya / 1
İQNA – Stress və ya zehni təzyiq insanın bədəninə və ya zehninə təsir edən, çaşqınlıq yaradan və tarazlığın itirilməsinə səbəb olan hər hansı daxili və ya xarici faktordur. İslam bizə stressin qarşısını almaq və müalicə etmək üçün çox təsirli yollar təqdim etmişdir.
Xəbər sayı: 3495461    Nəşr tarixi : 2024/02/13

Quranda psixoloji sağlamlıq / 4
İQNA – İslam dünyagörüşünə görə, hər bir insan ilahi fitrətlə və zati olaraq Allahı tanımaq meyli ilə doğulur: “(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur” (Rum, 30).
Xəbər sayı: 3495374    Nəşr tarixi : 2024/01/27

Quranda psixoloji sağlamlıq / 3
İQNA – “Təvəkkül etmək” insanın psixoloji sağlamlığına əhəmiyyətli təsir göstərən təlimlərdən biridir. Təvəkkül etmək insanlara hərəkət etmək üçün cəsarət verir və davranış maneələrini aradan qaldırır.
Xəbər sayı: 3495368    Nəşr tarixi : 2024/01/26

Quranda psixoloji sağlamlıq / 2
İQNA – Psixoloji sağlamlıqla bağlı mühüm anlayışlardan biri də psixoloji aramlıq anlayışıdır. İnsan bu əmin-amanlıq və özünə əminliyə o zaman çatır ki, Allah zikri onun dilinə və qəlbinə axsın. Allaha elə bağlılıq və asılılıq tapsın ki, Onu zikr etmək onun bütün düşüncəsini, duyğu və davranışını əhatə etmiş olsun.
Xəbər sayı: 3495361    Nəşr tarixi : 2024/01/24

Quranda psixoloji sağlamlıq / 1
İQNA – Şükr etmək aramlığa nail olmaq və stress zamanı emosional və psixoloji çöküşün qarşısını almaq üçün qızıl açardır. Çünki o, insanın idrak, emosional və davranış sahələrində sağlamlığını bəyan edir.
Xəbər sayı: 3495356    Nəşr tarixi : 2024/01/23

İnsanın qəlbində formalaşdırdığı inam onun dünyaya baxışını formalaşdırır. Buna əsasən, bəzi insanlar Allaha qarşı xoş zənnə sahibdirlər və Allaha təvəkkül edirlər. Bəziləri isə Allaha qarşı bədbindir. Allaha qarşı bədbin olmaq böyük günah sayılır. Lakin bu məsələdən başqa Allaha qarşı bədbin olmağın sıxıntı və təşviş və gələcək üçün narahatçılıqdan başqa bir nəticəsi yoxdur.
Xəbər sayı: 3492747    Nəşr tarixi : 2022/08/18